Zərdabda Zərifə xanım Əliyevanı andılar

0
28

Zərdab rayonuZərdab Rayon MKS-nin Mərkəzi  Kitabxanasının oxuculara xidmət şöbəsində XX əsr Azərbaycan tarixinin tanınan  simalarından biri,  görkəmli oftalmoloq, tibb elmləri doktoru, ictimai xadim, ümummilli lider Heydər Əliyevin ömür–gün yoldaşı Zərifə xanım Əliyevanın  anadan olmasının 92–ci ildönümü ilə bağlı “İki ömür, bir dünya” adlı  dəyrimi masa keçirildi. Tədbiri giriş sözü ilə oxu zalının müdiri Leyla İskəndərli açaraq Zərifə xanımın tibb sahəsinə verdiyi töhfələr haqqında qısa məlumat verdi. Sonra  MKS-nin  əməkdaşları Cəmalə Feyzullayeva, Samirə Yəhyayeva, Uşaq şöbəsinin əməkdaşı Adilqızı Aysel, Metodika və biblioqrafiya şöbəsinin müdiri Gülzar Qasımova, 36 saylı kitabxana filialının müdiri Xanım Abışova Zərifə xanımın həyatı, tibb sahəsindəki uğurları haqqında ətraflı məruzələrlə çıxış edərək tədbir iştrakçılarını məlumatlandırdılar. Oxuculara xidmət  şöbəsinin müdiri Mehparə Səfərəliyeva tədbir iştirakçılarını Zərifə xanımın gördüyü işləri  özündə əks etdirən kitablardan, dövrü mətbuat nümunələrindən, fotoşəkillərdən ibarət olan “Dünyaya onun gözləri ilə…” adlı sərgi ilə tanış etdi .

Zərdab Rayon Mərkəzi Kitabxana SistemiZərdab rayonuZərdab rayonuZərdab rayonuZərdab rayonuZərdab rayonuZərdab rayonuZərdab rayonu