Ölkə üzrə III yer tutan Zərdablı IV sinif şagirdi – Səlmi Xəlilzadə

1
Səlmi Xəlilzadə
Səlmi Xəlilzadə

Bu günlərdə Bakıda ümummilli lider Heydər Əliyevin 92 illiyinə həsr olunmuş şahmat fənni tədris edilən pilot ümumtəhsil məktəblərinin şagirdləri arasında respublika şahmat festivalı keçirildi. Rayonumuzu bu festivalda Zərdab şəhər 3 saylı tam orta məktəbinin IV sinif şagirdi Səlmi Xəlilzadə təmsil edərək III yeri tutdu, ona Respublika Təhsil naziri Mikayıl Cabbarovun imzaladığı Fəxri fərman və qiymətli hədiyyə təqdim olundu.

Doğma Zərdaba qürurla və Fəxri fərmanla dönən Səlmini təhsil aldığı 3 saylı tam orta məktəbin direktoru Rəna Əhmədova, sinif rəhbəri Sevil Nuriyeva, idman müəllimi Səhrab İsrəfilov, sinif yoldaşları, məktəbin bütün kollektivi sevinclə qarşıladılar. Bu münasibətlə keçirilən tədbirdə məktəbli qız təbrik edildi və ona hədiyyələr təqdim olundu.

İSAMƏDDIN ƏHMƏDOV

1 comment

Şərh yaz

Please enter your comment!
Please enter your name here

10 − five =