Zərdabda sahibkarlarla görüş keçirildi

0
23

Zərdab rayonuZərdab şəhərində rayon rəhbərliyinin yerli sahibkarlarla görüşü keçirilmişdir.

Görüşdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev son illər ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda görülən işlər və qazanılan uğurlar barədə məlumat vermişdir. Zərdabda son illərdə görülən işləri diqqətə çatdıran icra başçısı bildirmişdir ki, ölkəmizdə sahibkarlığın inkişaf etdirilməsi üçün cənab Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi iqtisadi strategiyaya uyğun olaraq rayonda bu sahənin inkişafına diqqət daha da artırılmış, vaxtaşırı olaraq sahibkarlarla keçirilmiş görüşlərdə onları narahat edən məsələlər öyrənilmiş və həlli üçün konkret tədbirlər görülmüşdür. Son illərdə tikilən müasir tipli çoxsaylı sahibkarlıq obyektləri rayonun sosial mənzərəsini xeyli gözəlləşdirmişdir. Sahibkarlığın inkişafına dövlət dəstəyinin daha da gücləndirilməsi məqsədilə bir neçə mühüm tədbirlər keçirilmiş, onlara güzəştli kreditlər verilmişdir. Rayonda sahibkarlığın daha da inkişaf etdirilməsi üçün əlavə tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Rayon rəhbərliyi tərəfindən yeni sahibkarlıq obyektlərinin müasir üslubda tikilməsi, küçə ticarətinin yığışdırılması, əhaliyə nümunəvi xidmət göstərilməsi, vaxtı keçmiş qida məhsullarının satışına yol verilməməsi, qiymətlərin süni şəkildə artırılmaması, sahibkarlıq obyektlərinin ərazisinin təmizliyi, ətrafında səliqə-sahman işlərinin aparılması və sair məsələlərlə bağlı müvafiq tövsiyələr verilmişdir.

Rayon rəhbəri çıxışına davam edərək 2015-ci ilin son dərəcə məsul il olmasını vurğulayaraq ilk Avropa Oyunlarının məhz bu il ölkəmizdə keçirilməsini, Avropa Oyunlarının məşəlinin bir sıra rayonlarla yanaşı Zərdabdan da keçməsini, 2015-ci ilin həm də növbəti parlament seçkiləri ilə əlamətdar olacağını iştirakçıların diqqətinə çatdırmışdır. Bu mühüm hadisələrə hər bir Azərbaycan vətəndaşının, o cümlədən zərdablıların ciddi hazırlaşması vurğulanmışdır.

Çıxış edən sahibkarlar onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə minnətdarlıqlarını ifadə etmişlər.

Zərdab Rayon İcra HakimiyyətiZərdab rayonu