Zərdabda “avtoş”lardan şikayət var

0
Zərdab-avtoş

Zərdab-avtoşBİZİM İSTƏYİMİZ: MƏKTƏBİMİZİN QARŞISINDAKI YOLA DAİM NƏZARƏT EDİLSİN VƏ YA “AVTOŞ”LARA “YOX” DEYƏK
Günümüzün problemlərindən biri də bəzi sürücülərin özbaşınalığıdır. Bu özbaşınalığın acı nəticələri barədə kütləvi informasiya vasitələrində hər gün xəbər verilir.
Zərdab şəhər H. Aslanov adına 3 saylı tam orta məktəbi Dədə Qorqud meydanı yaxınlığında, H. Əliyev prospektində, 4 yol ayrıcının lap yanında yerləşir. Neçə illərdir ki, həm valideynlər və şagirdlər, həm də müəllimlər çox çətinlik çəkirlər. Sag olsunlar, elə sürücülər var ki, məktəbin yanından keçərkən sürəti azaldırlar. Amma elələri də var ki, piyadalar üçün keçiddən maşını elə sürürlər ki, maşının küləyi və səsi səkidə gözləyən valdeyn, şagird və müəllimlərə çox pis təsir edir.
Hətta aşagı sinif müəllimləri sıraya düzdükləri şagirdləri yoldan keçirmək üçün xeyli gözləməli olurlar, bəzi sürücülər isə onlara yol vermirlər,–dəfələrlə bunun şahidi olmuşam.
Xoşagəlməz hadisələr olmasın deyə biz – valideynlər, şagirdlər, müəllimlər rayon yol polisi müfəttişliyindən xahiş edirik ki, Dədə Qorqud meydanındakı 4 yol ayrıcında nəqliyyatın hərəkətinə yol patrul xidmətinin işçiləri daim nəzarət etsinlər. Bununla onlar şagirdlərə — gələcəyimiz olan balalara kömək etmiş olarlar. Bu həm də baş verə biləcək bədbəxt hadisələrin qarşısını almış olar.

Esmira ZÜLFİYEVA, şəhər 3 saylı tam orta məktəbin psixoloqu.

Mənbə: “Əkinçi” qəzeti

Şərh yaz

Please enter your comment!
Please enter your name here

eleven − 5 =