Zərdabın Məmmədqasımlı kəndinin sakini minnətdarlıq edir

0
Zərdab uşaq və ailələrə dəstək mərkəzi

Zərdab uşaq və ailələrə dəstək mərkəziMən Məmmədqasımlı kəndində yaşayıram. 2013-cü ildə doğulan oğlum Yusif anadangəlmə dovşandodaq və altıbarmaq idi. Bununla bağlı müxtəlif yerlərə müraciət etsəm də real kömək göstərən yox idi. Bir müddət əvvəl Zərdab uşaq və ailələrə dəstək mərkəzinə müraciət etdim. Mərkəzin kollektivi uşağımızı rayon mərkəzi xəstəxanasına müayinəyə göndərdi.
Nəhayət, oğlum Bakıda əməliyyat olundu, hər iki problemi həll edildi. Sevincimizin həddi-hüdudu yoxdur və ailəmiz Zərdab uşaq və ailələrə dəstək mərkəzinə və rayon mərkəzi xəstəxanasının baş həkimi Ruslan Nemətova dərin minnətdarlığımı bildirir.
Əvəz CƏBRAYILOV, Məmmədqasımlı kəndi. Mənbə: “Əkinçi” qəzeti

Şərh yaz

Please enter your comment!
Please enter your name here

one × 1 =