Zərdabda əhalinin kütləvi tibbi müayinəsi başa çatıb

0
16

Zərdab rayonu tibbi müayinəPrezident İlham Əliyevin tapşırığına əsasən respublikamızda vətəndaşların kütləvi tibbi müayinəsi ilə əlaqədar bu ilin fevral ayının 2-dən başlanan kampaniya Zərdab rayonunda müvəffəqiyyətlə başa çatıb.

Rayon icra hakimiyyətindən verilən məlumatda bildirilir ki, tibbi müayinə rayon mərkəzi xəstəxanasının poliklinika şöbəsində və ayrı-ayrı ixtisaslı həkimlərdən ibarət 2 səyyar həkim briqadası tərəfindən aparılıb. Kampaniya irəlicədən tərtib olunan qrafik əsasında 42 yaşayış məntəqəsi üzrə tam başa çatıb. Ümumi profilaktik tibbi müayinədən rayonun 18 yaşdan yuxarı bütün əhalisi – 32990 nəfər keçirilib. Onlardan 982 nəfəri ambulator, 58 nəfəri stasionar müalicəyə cəlb edilib, 79 nəfər Bakı şəhərinə müalicəyə göndərilib.Zərdab rayonu tibbi müayinəZərdab rayonu tibbi müayinə