Zərdab şəhər 3 saylı tam orta məktəbdə tədbir keçirilib

3
36

Zərdab rayonuZərdab şəhərindəki Həzi Aslanov adına 3 saylı tam orta məktəbdə alman faşizmi üzərində qələbənin 70-ci ildönümünə və ulu öndər Heydər Əliyevin anadan olmasının 92 illiyinə həsr olunmuş tədbirlər keçirildi. Tədbirdə məktəbin II b sinif şagirdləri Süleyman Rüstəmin “Ana və poçtalyon” poemasını teatrlaşdırılmış şəkildə ifa etdilər, “Tarix bir də Əliyevi yetirməz” kompozisiyasını nümayiş etdirdilər.

Məclisdə məktəbin direktoru Rəna Əhmədova, təşkilatçı müavin Babaş Babaşov və hərbi rəhbər Ceyhun Abdulxalıqov iştirak etdilər və sinfin rəhbəri Aynurə İsmayılovanın şagirdlərinin qabiliyyətini yüksək qiymətləndirdilər.

3 ŞƏRH

Comments are closed.