Məzarı Belorusiyada olan veteran həmyerlimiz – Cəfərqulu Cəfərov

0
30

İkinci dünya müharibəsiCəfərov Cəfərqulu Əziz oğlu 1920-ci ildə Zərdab rayonunun İsaqbağı kəndində anadan olub. Böyük Vətən müharibəsi başlayanda Göyçay pedaqoji texnikumunda oxuyurdu. Arzusu müəllim olmaq, Azərbaycan balalarına təhsil vermək idi. Amma Cəfərqulu da yüz minlərlə azərbaycanlı igidlər kimi cəbhəyə yollanır. Onun döyüş yolu Berlinə qədər davam edir. Hətta Polşanın böyük bir şəhərinə hərbi komendat da təyin olunur.

Böyük Vətən müharibəsi Qələbə ilə başa çatır. Cəfərqulu  doğulduğu el-obaya qayıdır. Onun bütün şəxsi keyfiyyətlərini nəzərə alıb, Bakının bir rayonuna hərbi komissar təyin etmək istəyirlər. Lakin kimlərsə bu işə əngəl törədirlər və Cəfərqulu bir vaxtlar döyüşdüyü Belorusiyaya üz tutur. Belorusiya Xalq Təsərrüfatı İnstitunu bitirir. Sonra belorus qızı ilə ailə qurur. 2 övladları olur. Cəfərqulu oğluna atasının adını — Əziz, qızına isə anasının adını – Əzizə qoyur. Onun bilik və bacarığını, yuksək qabiliyyətini nəzərə alaraq Belorusiyada böyük bir zavoda direktor təyin edirlər. Daha sonra Belorusiya Xalq Nəzarəti Komitəsidə məsul vəzifəyə irəli çəkilir.

Cəfərqulu əmək məzuniyyətində olarkən öz doğma kəndinə gəlirdi. Onun gəlişi bütün kəndin sevincinə səbəb olurdu. Hamı çalışırdı ki, Cəfərqulu onun qonağı olsun. Həyat yoldaşı belorus qızı olmasına baxmayaraq, Azərbaycan qadınına xas olan bütün müsbət keyfiyyətlər onda vardı.

Cəfərqulu Cəfərov 1970-ci illərin sonunda vəfat etmiş və Belorusiyada dəfn olunmuşdur.

Bu qısa yazını yazmaqda məqsədim belə igid həmyerlilərimizlə fəxr etmək, onların həyat yollarını gənclərə çatdırmaqdır.

Rəhim RƏHİMOV,

İsaqbağı kənd tam orta məktəbinin direktoru.