Zərdabda Beynəlxalq Ailə Günü qeyd olundu – FOTOLAR

0
Zərdab

Zərdab

Zərdab Rayon Mədəniyyət Turizim Şöbəsində 15 may Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan Zərdab Rayon Gənclər və İdman İdarəsinin rəisi İlkin Əliyev açdı. İlkin Əliyev Beynəlxalq Ailə Gününün təsis olunması tarixindən, onun mahiyyətindən, müasir ailə institutunun formalaşmasından və ailə daxili münasibətlərin cəmiyyətə müsbət və mənfi təsirlərindən söz açdı. Tədbirdə Rayon İcra Hakimyyəti başcısının məsul işcisi Xəyalə Veyisova, Ədliyyə Nazirliyinin Zərdab Rayon Qeydiyyat Şöbəsinin rəisi Rahim Nuriyev, Rayon Ağsaqqallar Şurasının sədiri Mirağa Bağırov, Rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili Eldəniz Məmmədov, Rayon Təhsil Şöbəsinin əməkdaşı Gülsura Novruzova, Rayon Mərkəzi Xəstəxanasının həkimi Şəfəq Bayramova, Uşaq və Ailələrə Dəstək Mərkəzinin psixoloqu Jalə Məmmədzadə çıxış etdilər. Diskursiya şəklində davam edən tədbirdə Zərdab Rayon Gənclər və İdman İdarəsi tərəfindən çap olunmuş “Erkən Nikahlara və Qadın Zorakılıqlarına yox deyək” adlı maarifləndirici bukletlər paylanıldı.

Zərdab Rayon Gənclər və İdman İdarəsi

Şərh yaz

Please enter your comment!
Please enter your name here

four × one =