Bölgələrdə müəllimlərin sınaq qiymətləndirməsi keçiriləcək

0
müəllim

müəllimAzərbaycanın bölgələrində müəllimlərin sınaq qiymətləndirməsinin aparılması ilə bağlı artıq hökumətə müraciət edilib. Təhsil Nazirliyinin insan resursları şöbəsinin müdir müavini İlham Nağıyev bildirib ki, sınaq qiymətləndirməsinin aparılması Bakıda keçirilən formatda olacaq və müəllimlərin ixtisas, metodika və məntiqdən bilikləri yoxlanılacaq.

İ. Nağıyev deyib ki, bu qiymətləndirmənin Bakıda keçiriləndən heç bir fərqi olmayacaq. Sadəcə olaraq, regionlar və orada çalışan müəllimlərin sayının çox olduğunu nəzərə alaraq sınaq qiymətləndirməsi bölgələrdə hissi-hissə keçiriləcək: “Bütün respublikada bu proses eyni anda baş verməyəcək. İlkin olaraq sınaq qiymətləndirməsi elə bölgələrdə aparılacaq ki, onlar maksimum dərəcədə bu prosesə hazırdır. Rayonlar öz üzərində işləyib müəllim kontingentini yavaş-yavaş o həddə çatdırmalıdırlar ki, artıq sınaq qiymətləndirməsini orada keçirmək üçün zəmin yaransın. Bir çox yerlərdə artıq bu proses gedir və iş aparılır. Artıq sınaq qiymətləndirməsinin harada keçirilməsi ilə bağlı müraciət olunub və hökumətdən cavab gələn kimi bu işlərə başlanacaq”.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

5 × 1 =