Zərdab Rayon Mərkəzi Kitabxanasında tədbir olub

0
24

Zərdab Rayon Mərkəzi Kitabxanası Zərdab Rayon Mərkəzi Kitabxanasında “I Avropa Oyunları Azərbaycanın növbəti qələbəsidir” adlı dəyirmi masa keçirilmişdir. Tədbirdə Zərdab Rayon Tarix Diyaşünaslıq muzeyinin əməkdaşları, 3 saylı məktəbin şagirdləri, 36, 37, 39 saylı şəhər kitabxana filialının əməkdaşları və Mərkəzi Kitabxananın əməkdaşları iştirak edirdi. Tədbri giriş sözü ilə MKS-nin direktoru Nailə Əliyeva açaraq ölkəmizdə keçiriləcək I Avropa Oyunları haqqında məlumat verdi. Sonra Mərkəzi Kitabxananın bölmə müdiri Cəmalə Feyzullayevanın “I Avropa Oyunları Azərbaycanın növbəti qələbəsidir” adlı məruzəsi dinlənildi. Kitabxananın əməkdaşları Samirə Yəhyayeva “Avropa Oyunları sağlam rəqabət, dostluq və həmrəylik şəraitində keçəcək”, Aysel Adilqızı “I Avropa Oyunları xalqımız üçün əlamətdar hadisə olacaq”, 36 saylı şəhər kitabxana filialının müdiri   Xanım Abışova “Avropa Oyunları və Azərbaycan” adlı mövzularla çıxış edərək I Avropa oyunlarının Azərbaycan üçün uğurlu olacağına bütün Azərbaycan xalqının böyük inamından söhbət açdılar.Tədbirdən sonra iştirakçılar Mərkəzi Kitabxanada “Bakı Avropa Oyunları-2015” adı altında təşkil olunmuş sərgi ilə tanış oldular.

Zərdab Rayon Mərkəzi Kitabxanası

Zərdab Rayon Mərkəzi KitabxanasıZərdab Rayon Mərkəzi Kitabxanası