Zərdabda nərd üzrə çempionat keçiriləcək

0
24

Zərdab rayonuZərdab Rayon Gənclər və İdman İdarəsinin 2015-ci ilin I yarımilliyi üçün perspektiv iş və tədbirlər planına uyğun olaraq 26-28 may 2015-ci il tarixlərdə Həsən bəy Zərdabi adına parkda “28 May Respublika Günü” münasibətilə nərd idman növü üzrə rayon çempionatı keçiriləcəkdir.
Çempionatın püşkatma mərhələsi 26 may 2015-ci il tarixdə saat 15:00-da Həsən bəy Zərdabi adına parkda keçiriləcək.
Çempionatda iştirak etmək istəyənlər Zərdab Rayon Gənclər və İdman İdarəsinə müraciət edə bilərlər.
Əlaqə telefonu : 6-41-09

ZƏRDAB RAYON GƏNCLƏR VƏ İDMAN İDARƏSİ

 Zərdab rayonu