Zərdab Rayon Suvarma Sistemləri İdarəsinin işçilərinə mükafat verildi

0



Zərdab rayonu3Zərdab rayonunda “Su təsərrüfatı və meliorasiya işçiləri günü” münasibətilə tədbir keçirilmişdir.

Zerdab.com-a verilən məlumata görə, tədbirdə Rayon Suvarma Sistemləri İdarəsinin, Sukanal idarəsinin, Melioservis İdarəsinin əmək kollektivlərinin üzvləri iştirak etmişlər. Tədbir iştirakçıları öncə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoymuşlar. Daha sonra tədbir rəsmi hissə ilə davam etdirilmişdir.

Tədbiri giriş sözü ilə Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Mircəlal Mirzəyev açmış, qonaqları və tədbir iştirakçılarını salamlamışdır. Sonra Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayevin su təsərrüfatı və meliorasiya işçilərinə peşə bayramları münasibətilə ünvanlanmış təbrik məktubu oxunmuşdur. Tədbirdə Zərdab Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəhman Feyzullayev çıxış edərək Ümummilli liderimiz Heydər Əliyevin ölkəmizdə bütün sahələrlə yanaşı meliorasiya və su təsərrüfatı sisteminin də inkişafına daim böyük diqqət və qayğı göstərdiyini qeyd etmiş, “Su təsərrüfatı və meliorasiya işçiləri günü”nün qeyd edilməsi ilə bağlı ölkə Prezidenti tərəfindən imzalanmış sərəncamın önəmini iştirakçıların diqqətinə çatdırmışdır.

Rayonda görülən işlər haqqında tədbir iştirakçılarına məlumat verən natiq sonda bütün əmək kollektivinin üzvlərinə gələcək fəaliyyətlərində yeni uğurlar arzulamışdır.

Daha sonra əmək fəaliyyətində fərqlənən bir qrup şəxslərə Zərdab Rayon İcra Hakimiyyətinin, Meliorasiya və Su Təsərrüfatı ASC-nin, Azərsu ASC-nin Fəxri Fərmanları və qiymətli hədiyyələri təqdim edilmişdir.

Tədbirdə çıxış edənlər onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə minnətdarlıqlarını bildirmişlər.Zərdab rayonu1Zərdab rayonu2Zərdab rayonu4Zərdab rayonu5Zərdab rayonu6

Şərh yaz

Please enter your comment!
Please enter your name here

14 − 11 =