Həmyerlimiz, 14 yaşlı Sənan 13 diplom və 8 medal qazanıb

7
27
Sənan İdris oğlu Həmidov
Sənan İdris oğlu Həmidov

14 yaşlı Sənan 13 diplom və 8 medal  qazanmışdır

Gənc həmyerlimiz Sənan İdris oğlu Həmidov şəhərimizdəki 2 saylı tam orta məktəbdə təhsil alır . Hazırda 9-cu sinfə keçmişdir . “ Taekvon-do “ idman növünə xüsusi maraq göstərən Sənan Əməkdar idman ustası Aqil Babayevdən bu sənətin incəliklərini böyük maraqla öyrənir . Ona görə də qələbələrinin sayı günbəgün artır . Sənan bu günə qədər Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin , Azərbaycan Respublikası Təhsil Nazirliyi “ Təhsil “ Respublika İdman Mərkəzinin , VKC növləri üzrə Azərbaycan Karate-Do Federasiyasının Bakı şəhərində , Gəncə şəhərində , Şəmkirdə , Ağdaşda , laçınlıların məskunlaşdığı Taxta körpüdə və Zərdabda keçirdiyi yarışlarda bacarıqla iştirak edərək bir-birinin ardınca 13 diplom və 8 medal qazanmışdır .

14 yaşlı Sənanın yaddaqalan son uğurları onu idmançı dostları arasında məşhurlaşdırdı . 16 may 2015 –ci il tarixində o , 2015-ci ildə Bakı şəhərində keçiriləcək 1-ci Avropa Oyunlarının proqramına daxil edilmiş idman növlərinin məktəblilər arasında təbliğinə həsr edilmiş kütləvi idman tədbirlərində atletika üzrə ikinci yeri tutduğuna görə və 25 aprel 2015-ci il tarixdə 2015-ci ildə Bakı şəhərində 1-ci Avropa Oyunlarının proqramına daxil edilmiş idman növlərinin məktəblilər arasında təbliğinə həsr edilmiş kütləvi idman tədbirlərində 52 kq. çəkidə şəxsi kumite üzrə üçüncü yeri tutduğuna görə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “ Təhsil “ Respublika İdman Mərkəzinin diplomlarına layiq görülmüşdür .

Sənan , bu ürəkaçan qələbəyə görə səni və valideynlərini , qələbələrinin qazanılmasında sənin üzərində xüsusi əməyi olan müəllimin-Əməkdar idman ustası Aqil Babayevi , yaxın və əzizlərini , dostlarını və tanışlarını ürəkdən təbrik edirəm . Arzum budur ki , qələbə hər zaman sənin ən yaxın bələdçin olsun !

Amin !

TƏRLAN ABDULLAYEVA , “ƏKİNÇİ”NİN MÜXBİRİ

7 ŞƏRH

  1. Bu gün Azərbaycan dünyada idman dövləti kimi tanınır. Ölkəmizin böyük idman uğurları vardır. Hər il idmançılarımız müxtəlif beynəlxalq idman yarışlarında yüzlərlə medal qazanırlar. Bu gün qələbə qazanan gənc idmançılarımız gələcəyin olimpia ümidlərimizdir. Bizim Sənan kimi,Səmərrux, kimi Faiq kimi, gənc idmançılarımız rayonumuzu ləyaqətlə təmsil edirlər.Əziz Sənan balamız sizi bir daha bu böyük qələbə münasibətilə ürəkdən təbrik edirəm. Sizə yeni uğurlar və xoşbəxtlik arzulayıram. Hesab edirəm ki, gələcək fəaliyyətinizdə də öz gücünüzü sübut edəcək ,qələbələriniz haqqında eşidəcəyik. Tərlan xanım sizə də bir daha təşəkkür edirik, yazan əlləriniz var olsun!

  2. Təbrik edirəm, can sağlığı, yeni-yeni nailiyyətlər arzulayıram. Fəxrimizdir.

  3. Hörmətli Radə xanım , belə ləyaqətli və bacarıqlı övlad tərbiyə etdiyiniz üçün Sizi təkrar təbrik edirəm . İnanıram ki , bu yeniyetmə oğlan gələcəkdə də Zərdabın idman şərəfini uca tutacaq !

  4. Eziz qardasim o gun olsun butun dunya senin ugurlarindan danişsin seninle fexr edirem

  5. EŞQ OLSUN ZƏRDAB İDMANÇİLARINA ZƏRDAB HƏMŞƏ YEK VƏ TƏK OLUB.HALA OLSUN SƏNƏ SƏNAN O GUNU OLSUN Kİ ADİN BOYUK YERLƏRDƏN GƏLSİN AMİN!!!!!!!

Comments are closed.