Qoruqbağı kəndində Milli Qurtuluş Günü ilə bağlı tədbir oldu

0
19

Zərdab-Qoruqbağı   Qoruqbağı kənd Mədəniyyət Evi və 6 saylı kənd kitabxanasında 15 iyun-Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirildi. Mədəniyyət Evinin müdiri Hicran Manafova bildirdi ki, 22 ildir xalqımız 15 iyun gününü ümumxalq bayramı kimi qeyd edir. Azərbaycanın “olum, ya ölüm” seçimi qarşısında qaldığı, azadlığımızın və müstəqilliyimizin böyük təhlükə ilə üzləşdiyi 1993-cü ilin dəhşətli iyun günlərində xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin ölkəmizin rəhbərliyinə qayıdışı müstəqilliyini yenicə bərpa etmiş respublikamızı məhv olmaq təhlükəsindən xilas etdi və xalqımızın tarixinə Milli Qurtuluş günü kimi əbədi həkk olundu.Zərdab-QoruqbağıZərdab-Qoruqbağı

Kitabxananın direktoru Rəsmiyyə Əhmədova isə çıxışında dedi ki, Ümummilli Liderimiz Vətən və xalq naminə çox ağır və məsuliyyətli missiyanı öhdəsinə götürərək bu yolda hər bir azərbaycanlı üçün örnək ola biləcək fədakarlıq nümunələri göstərdi. Unudulmaz dahi rəhbərimiz xalqı öz inamını itirməməyə, məsləyindən dönməməyə, Azərbaycanın müstəqilliyi, milli azadlığı, müstəqil dövlət kimi əbədi yaşaması yolundan çəkinməməyə, ölkəmizi düçar olduğu böhrandan çıxarmağa çağırdı.

Gülər ALLAHVERDIYEVA,

Qoruqbağı kəndi, 6 saylı kitabxananın əməkdaşı