“Tərəqqi” medallı müəllimimiz: Əliyeva Zümrüd Ağasəf qızı

1
49
Əliyeva Zümrüd Ağasəf qızı
Əliyeva Zümrüd Ağasəf qızı
Əliyeva Zümrüd Ağasəf qızı
Əliyeva Zümrüd Ağasəf qızı

Əliyeva Zümrüd Ağasəf qızı 1969-cu ilin fevral ayının 28-də Zərdab rayonun Alıbəyli kəndinədə ziyalı ailəsində anadan olmuşdur. 1986-cı ildə Zərdab şəhər 1 saylı məktəbi əla qiymətlərlə bitirmişdir. 1993-1994-cü tədris ilindən müəllim kimi fəaliyyətə başlamışdır. 2000-ci ildən Zərdab şəhər 1 saylı məktəbdə biologiya müəllimi işləyir. Fəaliyyət göstərdiyi dövrdə 2004-cü ildə Zərdab Rayon Təhsil Şöbəsinin, 2007-ci ildə Zərdab Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları ilə təltif edilib. 2011-ci tədris ilində təhsilin inkişafındakı xidmətlərinə görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qərarı ilə “Tərəqqi” medalı ilə təltif olunmuşdur. Zerdab.com ailəsi ilə olaraq, dəyərli həmyerlimizə uzun ömür, cansağlığı, həm şəxsi, həm də iş həyatında uğurlar arzulayırıq.

Zerdab.com

1 comment

  1. Zümrüd müəllimə mənim sevimli müəllimələrimdən biri olub . Çox sakit təbiətə malik bir insan idi . Uşaqları incitməyi sevməzdi.Zümrüd müəlliməyə can sağlığı , uzun ömür , gələcək işlərində uğurlar arzu edirəm

Comments are closed.