Zərdabda tibb işçiləri günü qeyd olundu

0

Zərdab rayonuZərdabda tibb işçiləri günü münasibətilə yığıncaq keçirilib. Rayonun tibb işçiləri öncə Heydər Əliyev parkını ziyarət edərək Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri qoyublar. Sonra yığıncaq Mərkəzi Rayon Xəstəxanasında davam etdirilib.

Zərdab Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Ruslan Nemətov tədbiri giriş sözü ilə açaraq bayram təbriklərini söyləyib, rayonumuzun səhiyyə sahəsində qazandığı uğurlardan söhbət açıb. Tədbirdə iştirak edən Zərdab Rayon İcra Hakimiyyəti Başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Xəyalə Veyisova çıxış edərək ulu öndər Heydər Əliyevin ölkəmizdə səhiyyənin inkişafı ilə bağlı tarixi xidmətlərindən danışmış, hazırda bu siyasətin möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini iştirakçıların diqqətinə çatdırıb. Bildirib ki, bu gün Azərbaycanın hər bir şəhər və rayonunda müasir tibb müəssisələri tikilir, onlar dünya standartlarına cavab verən avadanlıqlarla təchiz olunur. Hazırda Zərdab Rayon Mərkəzi Xəstəxanasının da binası Dövlət Proqramı çərçivəsində əsaslı təmir olunur. Natiq əhalinin sağlamlığını hər şeydən üstün tutan ölkə başçısının tapşırığı ilə bütün ölkə vətəndaşlarının, o cümlədən zərdablıların da pulsuz tibbi müayinədən keçdiklərini vurğulayıb.

Tədbirdə çıxış edənlər səhiyyə sahəsinin inkişafına göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

Sonda səhiyyə sahəsində göstərdikləri səmərəli fəaliyyətinə görə bir qrup tibb işçisinə qiymətli hədiyyələr təqdim edilib.Zərdab rayonuZərdab rayonuZərdab rayonu

Şərh yaz

Please enter your comment!
Please enter your name here

seventeen + 3 =