Jurnalistlər Şahdağ Turizm Kompleksində – FOTOLAR

0

5Azərbaycanda ilk dəfə “Jurnalistlərə dəyər verək” layihəsi gerçəkləşdirilib. Jurnalist Vüqar Quliyevin təşəbbüsü ilə reallaşan layihə çərçivəsində “Todaysbaku.az” saytı ilə Şahdağ Turizm Kompleksinin əməkdaşlığı ilə jurnalistlər üçün mediatur keçirilib.

Ölkə mətbuatında çalışan 30 jurnalist Qusar rayonuna səfər edib, Şahdağ Turizm Kompleksinin və burda yerləşən “Zirvə” otelinin qış turizmi ilə yanaşı, yay turizm imkanları ilə tanış olub.

Mediaturda Zerdab.com saytının əməkdaşı da iştirak edib.

Layihə rəhbəri Vüqar Quliyev “Jurnalistlərə dəyər verək” layihəsinin əsas məqsədini açıqlayıb: “Əsas məqsəd media nümayəndələrinin istirahətinin təşkil edilməsidir. Jurnalistlər bəlkə də cəmiyyətin ən çox çalışan şəxsləridir. Onlar çətinliyə, hava şəraitinə baxmayaraq, ictimaiyyəti informasiya ilə təmin edirlər. Ona görə istədim ki, media nümayəndələrinin istirahətini təşkil edib öz diqqətimizi göstərək. Düzdür, layihə mediatur hesab olunur. Amma yaradılan şəraitə diqqət etsəniz, əsas hədəf jurnalistlər üçün xoş gün təşkil etməkdir”.

Mediaturda iştirak edən jurnalistlər Şahdağ Turizm Kompleksində təşkil olunan 14 yay əyləncəsindən istifadə ediblər. Məlumat verilib ki, yay turizminin inkişafını qarşısına məqsəd qoyan Komleks dünya turizminin əyləncələrini Azərbaycana gətirməklə kifayətlənməyib. Turistlərin rahatlığının təminatı üçün nəqliyyat xidməti də yaradılıb ki, xüsusi avtobuslarla birbaşa reyslər təşkil edilir.

Sonda onu da qeyd edək ki, “Jurnalistlərə dəyər verək” lahiyəsinin rəhbəri Vüqar Quliyev bu layihənin 3 mərhələdə həyata keçiriləcəyini diqqətə çatdırıb: “ Hədəflərimiz böyükdür.Bu layihəni 3 mərhələdə reallaşdırmağı nəzərdə tuturuq. “ Jurnalistlərə dəyər verək” layihəsinin davamı Türkiyədə olacaq. Ən son hədəfimiz isə Amerikadır”.

Zerdab.com3412

Şərh yaz

Please enter your comment!
Please enter your name here

18 + seventeen =