Komitə sədri Hicran Hüseynova Zərdabda vətəndaşları qəbul edib

1

ZərdabMərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Zərdab şəhərindəki Heydər Əliyev Mərkəzində Mingəçevir şəhərindən və Zərdab Yevlax, Ağdaş, Ucar, Kürdəmir, İmişli, Beyləqan, Xocavənd rayonlarından olan  vətəndaşları qəbul edib.

Müraciətlər əsasən qadın və uşaq hüquqlarının müdafiəsi, sağlamlıq, qeyri-qanuni nikah məsələləri və sair məsələlərlə əlaqədar olub.

Hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib, müraciətlərin çoxu yerindəcə öz həllini tapıb, araşdırılması zəruri olan bəzi məsələlər qeydiyyata alınıb, həlli ilə bağlı müvafiq şəxslərə konkret tapşırıqlar verilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin səlahiyyətlərinə aid olmayan məsələlər isə müvafiq qurumlara göndərilmək üçün qeydiyyata götürülüb.

Sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova zərdablı qadınlarla görüş keçirib. Görüşdə qadınların cəmiyyətdə rolu, onların hüquq və vəzifələrinin qorunması ətrafında söhbət aparılıb.

Zerdab.comZərdab

1 comment

  1. Bunu bildirməyi özümə borc bilirəm ki, keçən il keçirdiyi ağır avtomobil qəzası nəticəsində hər iki azyaşlı övladını gözləri önündə faciəli şəkildə itirən yaxın qadın qohumum adında həm ailə, həm ana, həm də uşaq səslənən bu birbaşa aidiyyatı quruma və onun rəhbəri Hicran Hüseynovaya bir neçə dəfə rəsmi onlayn qaydada ana fəryadı ilə müraciət etdi.Tək istəyi isə düşdüyü ağır psixoloji durumdan mənəvi dəstək almaq idi.Digər müraciət edilmiş qurumlar hamısı reaksiya verdiyi halda, daşdan səs çıxdı, bu qurumdan səs çıxmadı.Bir Zərdablı anaya belə soyuq münasibət göstərən Komitənin ümumi insanlarımıza hansı müsbət xidmət göstərəcəyi açığı məndə çox böyük sual doğurur?????!!!

Şərh yaz

Please enter your comment!
Please enter your name here

three × 3 =