Lütvəli Babayev bir qrup fəal dövlət qulluqçusunu mükafatlandırdı

1

Zərdab rayonuZərdab rayonunda Dövlət Qulluqçularının peşə bayramı günü qeyd edilmişdir. Zərdab rayonunun idarə, müəssisə və təşkilatlarında çalışan dövlət qulluqçuları ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoymuşlar. Dövlət qulluqçularının peşə bayramı münasibətilə təşkil olunan toplantıda Zərdab Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev çıxış edərək iştirakçıları peşə bayramı münasibətilə təbrik etmişdir. Bildirmişdir ki,  dövlətin daxili və xarici siyasətinin həyata keçirilməsində mühüm rol oynayan dövlət qulluqçularının peşə bayramlarının təsdiq edilməsi mühüm hadisə olmaqla, bu sahədə çalışan insanların cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatındakı müstəsna roluna verilən yüksək qiymətdir. Azərbaycanın dövlətçilik tarixində böyük rolu olan ümummilli liderimiz Heydər Əliyev kadr seçimində təkcə ideya-siyasi, intellektual meyarlara deyil, eyni zamanda milli-mənəvi dəyərlərə əsaslanıb. Yüksək işgüzar, savadlı, qabiliyyətli və mənəvi keyfiyyətləri, əqidə təmizliyi ilə cəmiyyətə, dövlətə xeyir verə biləcək istedadlı kadrların dövlət idarəçiliyində irəli çəkilməsi, onların səmərəli fəaliyyətinə imkan və şəraitin yaradılması məsələsi ulu öndərimizin dövlətçilik ideyasının başlıca məzmunu olub. Hazırda ölkə Prezidenti cənab İlham Əliyev də kadrların məsuliyyətinə, onların dövlət və ictimaiyyət qarşısında daşıdığı hüquqi, mənəvi öhdəliklər məsələsinə ciddi önəm verir.
Toplantıda bir qrup fəal dövlət qulluqçusuna Fəxri Fərman və qiymətli hədiyyələr təqdim olunmuşdur. Çıxış edən dövlət qulluqçuları onların əməyinə verilən qiymətə görə Dövlətimizin başçısına minnətdarlıq etmişlər.

Zərdab Rayon İcra HakimiyyətiZərdab rayonuZərdab rayonuZərdab rayonuZərdab rayonu

1 comment

Şərh yaz

Please enter your comment!
Please enter your name here

nineteen − 10 =