Zərdabda Silahlı Qüvvələr Günü ilə bağlı tədbir keçirildi – FOTOLAR

0
25

Zərdab rayonu3Zərdab Rayon Tarix-Diyarşünaslıq Muzeyində 26 iyun Silahlı Qüvvələr Günü münasibətilə “Vətən oğulları” adlı tədbir keçirildi. Tədbiri giriş sözü ilə muzeyin əməkdaşı Maisə Babayeva açaraq, Ulu öndər Heydər Əliyevin “Xalqla ordunun birliyi həm xalqın qüdrətini, həm də ordunu daha da qüvvətli edir. Ona görə də qarşımızda duran əsas vəzifələrdən biri xalqla ordunun sağlam, mənəvi birliyini təmin etməkdən ibarətdir” kəlamını tədbir iştirakçılarının diqqətinə çatdırdı. Daha çıxışçı milli ordunun yaranma tarixindən danışdı. Muzeyin digər əməkdaşları Aybəniz Abdullayeva “Milli Ordunun yaranmasından 97 il ötür”, Şəlalə Əliyeva isə “Qüdrətli ordumuz” adlı məruzələrlə çıxış etdilər. Rayon 1 saylı Körpələr Evi-Uşaq Bağçasının məktəbə qədər hazırlıq qrupunun uşaqları “Yaşa var ol, hər zaman Azərbaycan” adlı kompozisiya ilə tədbiri daha maraqlı etdilər.

Zərdab Rayon Tarix-Diyarşünaslıq MuzeyiZərdab rayonuZərdab rayonu2Zərdab rayonu4Zərdab rayonu1Zərdab rayonu5Zərdab rayonu6