Rayonumuzun tanınmış ziyalısının portreti Muzeyə təqdim olundu

0
22

Məlikmahmud İsayevZərdab Rayon Tarix-Diyarşünaslıq Muzeyində rayonumuzun tanınmış ziyalısı, hörmətli pedaqoqu olmuş Məlikmahmud İsayevin yağlı boya ilə işlənmiş portretinin muzeyə təqdimatı keçirildi. Tədbirdə Məlikmahmud müəllimin ailə üzvləri və doğmaları, uzun illər çalışdığı 1 saylı orta məktəb litseyin müəllim və şagird kollektivi, eyni zamanda rayonumuzun ziyalıları iştirak etdilər. Məlikmahmud müəllimin gəlini, Azərbaycandan uzaqlarda – İsveçdə yaşayan Sevda xanım yağlı boya ilə çəkdiyi portreti Zərdab Rayon Tarix-Diyarşünaslıq Muzeyinə hədiyyə etdi. Bu Sevda xanımın həm də sevimli müəlliminə sevgisindən yaranan rəsm əsəridir. Tədbirdə Məlikmahmud müəllimin ailə üzvləri, müəllim yoldaşları onun haqda xoş və unudulmaz xatirələrdən danışdılar. Məktəblilərin ifasında müəlllim haqqında yazılan şer və digər ədəbi nümunələr maraqla qarşılandı.

ZerdabMəlikmahmud İsayev3Məlikmahmud İsayev1Məlikmahmud İsayevMəlikmahmud İsayev2