Oruc nəfsi cilovlayır

0
Ramazan
RamazanNəfsin azğınlıqlarının qarşısını almaq insanlar üçün zəruri ehtiyacdır.
 Çünki nəfsin istək və adətləri insan üçün öldürücü zəhər və insanı aşağılara çəkən ağırlıq, yük kimidir. Nəfs hər zaman insanı pis işlərə çəkər. Həzrəti Yusif: “Doğrusu, mən nəfsimi təmizə çıxarmaram. Çünki Rəbbimin mərhəmət edib qoruduqları xaric nəfs daim pisliyə sövq edər. Doğrusu, Rəbbim Qafurdur, Rahimdir (əfvi və mərhəməti bol olandır), – bəyanı ilə nəfsi ən gözəl şəkildə tanıtmağa çalışmışdır. Nəfs verdikcə böyüyən, böyüdükcə də istəyən bir xüsusiyyətə malikdir. Peyğəmbərimiz (s.ə.s.) bir duasında, “Ey Allahım, acizlik və tənbəllikdən, qorxaqlıq və xəsislikdən, yaşlılıq və qəbir əzabından sənə sığınıram. Ey Allahım, nəfsimə təqvanı nəsib eylə. Onu tərtəmiz qıl. Çünki sən təmizləyənlərin ən xeyirlisisən. Sən nəfsin böyüyü və sahibisən. Ey Allahım, fayda verməyən elmdən, qorxu duymayan qəlbdən, doymayan nəfsdən, qəbul olmayan duadan Sənə sığınıram”, – buyurmuşdur. Rəsulullah başqa bir duasında isə nəfsin şərindən, pisliklərindən, başa gətirəcək bəlalarından Allaha sığınmışdır.

Bu mənada insanı böyük təhlükələrə sürükləyən zina hadisəsinə qarşı oruc bir qalxan kimidir. Evlənmək imkanı olmayanlar Allah Rəsulunun (s.ə.s.) tövsiyəsinə görə oruc tutmalıdır. Çünki oruc günahlara qarşı bir qalxandır.

Bəli, nəfsi nəzarət altına almağın yolu orucdur. Bunun üçündür ki, fərz buyurulan oruc dinin əsas dayaqlarından biridir və ruhunu İslama uyğunlaşdırmanın, Allah rizasına gedən yolu tutmağın əsas şərtlərindən biri sayılmaqdadır.

Qısası, insan tutduğu orucla öz nəfsini Cənabi-Haqq qarşısında azğınlıqdan qurtarır və itaət edən bir qul halına gətirir. Oruc tutan hər kəs oruclu olmadığı günlərə nisbətən mənən daha da yüksəldiyini vicdanı ilə hiss eləyər. İnsan orucla anlayar ki, icazə verilmədikcə heç bir iş görə bilməz, əlini suya uzada bilməz və bu yolla da insan özünün hür deyil, qul olduğunu anlar. Nəticədə öz acizliyini, fəqirliyini, qüsurunu görür və şükrün mənəvi əli ilə rəhmət qapısını döyməyə hazırlaşır.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

three × 2 =