Bir erməni ilə dialoqum (Gürcüstan xatirələrindən)

0
Fərid İsrafilov
Fərid İsrafilov
Fərid İsrafilov
Fərid İsrafilov

Təxmini bir il bundan əvvəl bir necə günlük Gürcüstana istirahət üçün getmişdim. Bir həftə Batumidə qaldıqdan sonra Tbilisiyə gedib iki gün orda qalmaq və Gürcüstanın tarixi, mədəniyyəti ilə tanış olmaq istədim. Batumidən Tiblisiyə çatdıqda axşama tərəf saat 5 radələri idi. Otelə yerləşdikdən sonra şəhəri rahat gəzə bilməyim üçün Azərbaycana bileti əvvəlcədən almalı idim. Aşağıya düşüb bir taksi saxlatdım. Rus dilində sürücüdən məni avtovağzala aparmasını xahiş etdim. Vağzala çatdım və içəri keçib bilet almaq istədim. Gördüm ki, gəldiyim yer avtovağzal deyil dəmiryolu vağzalı imiş. Kor peşiman çölə çıxıb hardan bilet ala biləcəyimi soruşdum. Dedilər ki, səni yalnış yerə gətiriblər. Bilet almağın üçün şəhərin çıxışındakı vağzala getməlisən. Çarəm nəidiki? Yalnış gəlmişəmsə doğru ünvana getməliyəm. Yolu keçib “opel astra” markalı tünd yaşıl rəngli bir taksiyə yaxınlaşdım. Bu zaman telefonuma zəng gəldi və telefonla danışaraq sürücüyə yaxınlaşdım. Rus dilində məni şəhərin çıxışındakı avtovağzala aprmasını istədim. Birdə gördüm ki, sürücü Azərbaycan dilində filan məbləğə apracam səni dedi. Nə yaxşı Azərbaycanlı sürücüyə rastlaşdım dedim. O isə təbəssümlə mən Azərbaycanlı deyiləm. Hə yəqin Gürcüstan Azərbaycanlılarındansız? Yox Gürcüstanlıda deyiləm. O zaman Türksüz? Xeyir mən yerevanlıyam.
-Necə-necə? Ermənisiniz?

-Bəli

-Ağsaqqal, sözün düzü sənə bir qəpik belə verməyə əlim gəlməz! Sadəcə mənə maraqlı olar səninlə yol getmək. Ona görə razı oluram səninlə getməyə.

-Mən pis insan deyiləm. Məndən sənə ziyan gəlməz. Kasıb bir taksi sürücüsüyəm.

-Maşına əyləşib yola düşdük. Mənim üçün maraqlı olan sualları ona ünvanlamağa başladım.

-Azərbaycan dilində belə sərbəst danışa bilirsənsə yəqin oralarda olmusan?

-Xeyir mən Azərbaycanda heçbir zaman olmamışam. Dilinizi burada yaşayan Azərbaycanlılardan öyrənmişəm. Oda ki, çox yox az miqdarda.

-Nə üçün Gürcüstanda taksi sürürsən? Bu işlə öz ölkəndə məşğul olmağa sənə mane olan nədir?

-Sözün düzü mən burda xarici passportumu itirmişəm və burdan çıxa bilmirəm. Heç çıxmaqda istəmirəm. Yerevanda taksi ilə pul qazanmaq olmur. Orda kasıb əhali və elədə çox olmayan insanlar yaşayır. Elə mənim üçün bura daha rahatdır.

-Yəqin Qarabağdan sənə sual verəcəyimi bilirsən. Bu məsələyə necə baxırsan? Bizim torpaqlardan niyə çıxmaq istəmirsiniz?

-(Biraz söyüş söydüksən sonar) Mənə Qarabağ lazım deyil. Ora boş torpaqlardı. Siz elə bilirsiniz ki, orda erməni yaşayır? Orda az sayda ailə var ki, onlarda Suriyadan gələn ermənilərdi. Əslində onları aldadıb ora gətiriblər. Ac yalavac günləri keçir. Birdə bu məsələ ermənistana aid deyil. Bu bir başa Rusiyanın oyunudu. Bizi araçı edirlər. İndiyə kimi atışmalarda ölənlər kasıb erməni uşaqlarıdır. Sarkisyan və onun ətrafındakıların axmaq fikirlərinə görə belə olur.

-Azərbaycan haqqında nə düşünürsən? Yəqin Azərbaycanı burdan TV-kanallar vasitəsilə izləyirsən.

-Azərbaycan SSSR-i dağıldıqdan sonra çox inkişaf etmiş ölkədir. Sizin dəniziniz, neftiniz, benzininiz var. Bura Azərbaycandan gələnlər çoxdu. Mən onlarla tez-tez rastlaşıram. Gürcüstandakı yanacaq doldurma stansiyalarıda sizindir. Eyni zamanda burda sizin ölkəyə aid çox müəsisələr var. Bura mavi qazda sizdən gəlir.

-Gürcüstan necədir? Onun inkişafı necə davam edir?

-Axxx Gürcüstan, gürcüstan (yenə söyüş söyərək) Sakaşvili gələnə kimi yaxşı idi. Amma indi çox pisdir. O, ölkəni pis vəziyyətə saldı. Bacarqsız biri idi.

-Niyə? Deyilənə görə Sakaşvili bir çox işlər görüb onlardan biridə rüşvəti aradan qaldırması.
-Xeyir elə deyil. Gürcü milləti onsuzda rüşvət verməyi sevməyən millətdir. Sakaşvilinin prezidentlikdən heç bir anlayışı yox idi. O, hələ başa düşməyib ki, kiçik dövlətlər hegemon (böyük) dövlətlərə sataşmamalıdır. Bu insan hakimiyyətə gələn kimi Rusiya kimi bir respublikaya sataşmağa başladı. Nəticədə oda öz ordusunu Abxaziyaya salaraq Gürcüstandakı vəziyyəti pisləşdirdi. Əvvəllər sadə kəndli öz yetişdirdiyi məhsulu rahatlıqla Rusiyaya aparıb sata bilirdi. Amma indi sərhəddən keçmək çox çətindir. Ölkədə kasıblıq artıb.

-Azərbaycanın inkişafını necə görürsən?

-Sizin çox ağıllı bir prezidentiniz var. O, hegemon dövlətlərə sataşmır. Amerika, Rusiya, Avropa ölkələri ilə sizin münasibətlər yaxşıdır. Siz Rusiyaya və Türkiyəyə rahat keçib gedə bilirsiniz. Sizin şəhəri internetdə videoda gördüm. Çox təmiz və gözəl şəhəriniz var. Dəniz kənarında bir şəhər

Bu anda avtovağzala çatdım.
Maşını saxladı və burdan alacaqsan bileti dedi. Bilet tapa bilməsən mən səni Gürcüstan gömrüyünə kimi apara bilərəm.

-Təşəkkür edirəm. Mən sizə dedim axı sizə pul vermək niyyətində deyiləm sadəcə maraqlı gəldi mənə bir erməninin fikirlərini öyrənmək ona görə gəldim buraya kimi.

-Yenədə sən bilərsən ucuz qiymətə apar bilərdim səni.

Pulunu ödəyib maşının qapsını bağlayıb kassaya doğru getdim və Azərbaycana biletimi rahat aldım. Bir erməninin dilindən Azərbaycan haqqında səslənən fikirlər mənə çox gözəl təsir etdi. Artıq onlarda həqiqətləri görməyə başlayırlar 🙂

Fərid İsrafilov

Şərh yaz

Please enter your comment!
Please enter your name here

thirteen − 12 =