Zərdablı gənclər Şəhidlər Xiyabanında iməcilik təşkil etdilər-FOTOLAR

0

Zərdab rayonu3 iyul 2015- ci il tarixdə Zərdab rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə bir qrup fəal gənc Gəlmə kənd qəbirstanlığının Şəhidlər Xiyabanında vətən oğullarının məzarları ətrafında iməcilik yolu ilə təmizlik və abadlıq işləri apardı.
Aksiyamıza dəstək verən Gəlmə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Cəfər Mənafov və Gəlmə kənd bələdiyyəsinin sədri Abdul Orucov tezliklə bələdiyyə hesabına Xiyabanda abadlıq və quruculuq işlərinin aparılacağını bildirdilər.
Təşəbbüsümüzə qoşulan vətənpərvər gənclərimizə bir daha minnətdarıq. Vətən uğrunda canlarından keçən igidlərimizin xatirəsini əziz tutmaq hər bir vətəndaşın borcudur!
Əziz gənclər rayonumuzun 118 nəfər şəhidi var. Bildiyiniz kimi, şəhidlərimiz doğulub böyüdüyü kəndlərdə dəfn olunublar. Hər birimiz yaşadığımız kəndin ərazisində yerləşən Şəhid məzarlarının ətrafında bu kimi kiçik əziyyətli, ancaq mahiyyəti çox böyük olan addımı ataq!
Unutmayaq ki, Şəhidlik zirvəsi hər kəsə qismət olmur!

Zərdab rayon Gənclər və İdman İdarəsiZərdab rayonu2Zərdab rayonu8Zərdab rayonuZərdab rayonu6Zərdab rayonu5Zərdab rayonu3Zərdab rayonu1Zərdab rayonuZərdab rayonu10

Şərh yaz

Please enter your comment!
Please enter your name here

14 + 3 =