Zərdabda taxıl biçini kampaniyası başa çatdı

0
Taxıl
Böyük Dəkkə kəndində taxıl biçini. Foto: Samir Rəhimov.
Taxıl
Böyük Dəkkə kəndində taxıl biçini. Foto: Samir Rəhimov.

Zərdab taxılçıları cari ilin biçin kampaniyasını müvəffəqiyyətlə başa çatdırıblar.

Rayon İcra Hakimiyyətinin məlumatına görə, bu ilin məhsulu üçün 16730 hektarda taxıl əkilib. Əkin sahələrinin 10365 hektarı buğda, 6365 hektarı isə arpa olub. Biçin kampaniyası dövründə hər gün zəmilərə 30-35 kombayn çıxarılıb. Artıq taxıl yığımı uğurla sona çatıb. Zəmilərdən 49850 ton mühüm strateji məhsul olan taxıl götürülüb. Məhsul istehsalı ötən ilə nisbətən 118 ton artıb. Hər hektardan 29,8 sentner taxıl əldə edilib.

Rayonun daha çox taxıl əkilən ərazilərində, o cümlədən Məlikli, Qoruqbağı, Məmmədqasımlı, Hüseynxanlı, Dəkkəoba, Qaravəlli və bir sıra digər ərazi vahidlərində məhsuldarlıq daha yüksək olub.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

2 × five =