Zərdabın igid oğlu – şəhid Naməddin İbişov

0
104

sehidZərdabın igid, qəhrəman, daim hörmətlə xatırlanan oğullarından biri də İbişov Naməddin Tacəddin oğludur. Naməddin İbişov 1965-ci il may ayının 17-də Zərdab rayonunun Yuxarı Seyidlər anadan olub. 1981-ci ildə Yuxarı Seyidlər kənd səkkiz illik məktəbini, 1983-cü ildə isə 124 saylı Texiki-Peşə məktəbini bitirib. 1984-1986-cı illərdə ordu sıralarında xidmət edib. Qarabağ müharibəsi başlandıqdan sonra digər igid oğullarımız kimi Naməddin də silaha sarılmaq qərarına gəldi. Belə ki, o da könüllü olaraq cəbhəyə getmək qərarına gəlmişdi. İki qızı, bir oğlu var idi. Buna görə də bir çoxları Naməddini müharibəyə könüllü getmək fikrindən daşındırmaq istəyirdi. Lakin N. İbişov qəti qərarını vermişdi. Beləcə, 1994-cü il yanvar ayının 6-da Qarabağ döyüşlərinə atıldı. Qeyd edək ki, həmin ərəfədə ordumuz düşmənə ağır zərbələr vurur, onlara geri çəkilməyə məcbur edirdilər. Elməddin də yanvar ayının 28-dək bir neçə belə döyüşdə qəhrəmancasına iştirak etdi, öz şücaətini göstərdi. Lakin yanvar ayının 28-də ağır döyüşlərin birində qəhrəmancasına şəhid oldu.

Onun Fəxriyyə və Əfsanə adlı qızı, Xaləddin adlı bir oğlu var. Seyidlər kənd qəbiristanlığında dəfn olunub. Doğma Zərdabımızın, Azərbaycanımızın hər bir şəhidi kimi Naməddin İbişov da hər zaman yaddaşlarda qalacaq, gələcək nəsillər tərəfindən sayğı ilə xatırlanacaq…

Zerdab.com