Zərdabda Milli Mətbuat Günü ilə bağlı tədbir keçirilib – FOTOLAR

0

Zerdab.comMilli Mətbuatın yaranmasının 140 illiyi ilə əlaqədar Zərdab Rayon Mərkəzi Kitabxanasında “Əkinçi”nin izi ilə” adlı “dəyirmi masa” keçirilmişdir. Tədbir iştirakçılarını salamlayan MKS-nin direktoru Nailə Əliyeva milli mətbuatımızın yaranma tarixi haqqında geniş məlumat verdi. Mərkəzi Kitabxananın Oxuculara Xidmət şöbəsinin Oxu zalının müdiri Leyla İskəndərli “Əkinçi”nin izi ilə” adlı məruzəsində milli mətbuatımızın banisi  Həsən bəy Zərdabinin həyat və fəaliyyəti haqqında, İnformasiya-resurs şöbəsinin proqramçısı Leyla Eldarzadə  “Azərbaycan mətbuatı inkişaf dövründə” adlı  məruzəsində Azərbaycan mətbuatının keşməkeşli inkişaf yolundan ətraflı söhbət açdılar. Tədbirdə jurnalist Ələkbər Kərimov, Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Şahnaz Mustafayeva, Mərkəzi Kitabxananın Kitabişləmə və Komplektləşdirmə Şöbəsinin müdiri Nisə Əliyeva, İnformasiya-resurs şöbəsinin müdiri Rəqibə Qasımova, Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsinin müdiri Gülnaz Məmmədova, Metodika-biblioqrafiya şöbəsinin müdiri Gülzar Qasimova “Əkinçi” qəzeti ilə bağlı öz fikirlərini bölüşdülər. Tədbirdə Azərbaycanımızın böyük oğlu Həsən bəy Zərdabinin qardaşı Səfaralı bəyin əkiz kötücələri, 3 saylı məktəbin şagirdləri Həsən Zərdabi “Bu qədim yurdumun pirisən, Baba!”,  Məleykə Zərdabi isə “Əkinçi”miz adlı şeirlərlə çıxış etdilər. Çox maraqlı keçən tədbirin sonunda MKS-nin direktoru Nailə Əliyeva ulu öndərimiz Heydər Əliyevin sözlərini xatırlatdı: “Jurnalist əməyi qeyri-adi əməkdir, çox səylər göstərilməsini, hətta cəsurluq, hünər, fədakarlıq tələb edən əməkdir, öz peşəsinə vurğunluq tələb edən əməkdir”. Zerdab

Zerdab.comZerdab.comZerdab.comZerdab.comZerdab.comZerdab.comZerdab.comZerdab.comZerdab.com

 

Şərh yaz

Please enter your comment!
Please enter your name here

one × three =