Zərdabın yüksək nəticə göstərən abituriyentləri – FOTOLAR

19
59

Bu il ali məktəblərə keçirilən qəbul imtahanında Zərdab rayonundan olan abituriyentlər də yüksək səviyyədə iştirak ediblər. Rayonun 600 baldan yuxarı nəticə göstərən abituriyentləri öz təəsüratlarını Bolge.info ilə bölüşüblər.

Talıbxanlı Pünhan İlqar oğlu
Talıbxanlı Pünhan İlqar oğlu – 670 bal

Şəhər 1 saylı məktəb-liseyin şagirdi olmuş Pünhan əvvəlcədən yüksək bal toplayacağını bilirmiş:

“Dövlət sınaqlarında ən çox 633 yığmışdım. Ancaq daha yaxşı nəticə verə biləcəyimə əmin idim. Özümə çox inanırdım. Arxayın olduğum üçün yazdıqlarımı əvvəlcədən yoxlamadım. Yalnız imtahan nəticələri çıxanda baxdım və çox sevindim. Arzum Bakı Ali Neft Məktəbində təhsil almaqdır”.

3 saylı tam orta məktəbin yetirməsi olan Aygül əldə etdiyi nəticədən o qədər də razı qalmayıb:

“Əslində çəkdiyim əziyyətin qarşısında bundan da yüksək nəticə gözləyirdim. Ancaq o qədər də təəssüflənmirəm, həmişə özüm üçün xeyirlisini arzuladığıma görə inanıram ki,xeyirlisi budur. Uşaqlıqdan arzum həkim olmaq idi çox şükür ki,bunun üçün birinci mərhələni uğurla keçdim. Yüksək nəticə əldə etdiyimə görə bütün müəllimlərimə,mənə dəstək olan hər kəsə təşəkkürümü bildirirəm.İnşallah gələcək təhsilimi Azərbaycan Tibb Universitetində davam etdirmək fikrindəyəm”.

Qədirov Sadiq Rasim oğlu
Qədirov Sadiq Rasim oğlu – 619 bal

II qrup üzrə imtahan verən Sadiq Gəlmə kənd tam orta məktəbində oxuyub.

Nəzərli Həbibə Dəyanət qızı
Nəzərli Həbibə Dəyanət qızı – 618 bal

Həbibə bizimlə söhbətində qarşıya qoyulan məqsədinə çatmaq üçün çox əziyyət çəkdiyini bildirdi:

“Şəhər 1 saylı məktəb-liseydə oxumuşam. Əziyyətimin bəhrəsini gördüyüm üçün sevincimin həddi-hüdudu yoxdur. Təbii ki, bu uğurumda valideynlərimin və müəllimlərimin zəhməti böyükdür. İnşallah, bundan sonra da onlara layiq övlad olmağa çalışacam”.

Tağıyev Əli Feyzulla oğlu
Tağıyev Əli Feyzulla oğlu – 646 bal

Əli də qəbul imtahanına arxayın gedib:

“İbtidai təhsilimi Qərəvəlli kənd məktəbində oxuduqdan sonra Zərdab şəhər 1 saylı məktəb-liseyə gəldim və təhsilimi burada davam etdirdim. Orta məktəb dövründə ən çox sevdiyim fənn riyaziyyat olub. Texniki fənlərə olan sevgim və sınaq imtahanlarından topladığım yüksək ballar 2-ci qrup imtahanından üzüağ çıxacağımın göstəricisi idi. Xəbəri ilk olaraq valideynlərimlə bölüşdüm. Onlara sevinc bəxş etdiyim üçün çox xoşbəxtəm. Mənə əziyyət çəkən bütün müəllimlərimə təşəkkürümü bildirirəm”.

Ələkbərova Leyla Mehman qızı
Ələkbərova Leyla Mehman qızı – 615 bal

I qrup üzrə imtahan verən Leyla Gəlmə kənd tam orta məktəbinin yetirməsidir.

19 ŞƏRH

  1. AyGul HesenLi mektebimizin fexri.seninle fexr edirik.
    her birinizi tebrik edirem .

  2. Təbrik edirəm , hər birinizə gələcək təhsil illərində də uğurlar arzulayıram

  3. Təbrik edirəm ! Hər birinə uğurlar arzu edirəm! .Arzu edirəm ki həyatda çəkdikləri əziyyətin həmişə bəhrəsin görsünlər İnşallah! Valideyinlərini, müəllimlərini təbrik edirəm İnsanın ən böyük sərvəti onun biliyidi . Qazandığınız bu bilik həyatınız boyu sizə sadiq olan yeganə dost olacaq .Pünhanı ayrıca təbrik edəcəm valideyinlərinin , bizim , müəllimlərinin başını uca etdiyi üçün təşəkkür edirəm . Uğurlar əmioğlu .Belədə olmalıydı . Səninlə fəxr edirik ! Sükanı belə saxla !

  4. Sizin hamınızı təbrik edirəm. Arzu edirəm ki, tələbə adını şərəflə daşıyasınız.Nail olduğunuz biliklər sayəsində daha yüksəklərə ucalasınız.Allah bütün arzu,diləklərinizi hasil etsin.

  5. Ali məktəbə qəbul olunan tələbələr.Hər birinizi ürəkdən təbrik edir,qazadıqınız tələbə adını uca tutmaqi,secdiyiniz sənətin gözəl mütəxəssizi olmaqı arzulayıram.

  6. tebrik butun usaqlara xusus ile sinif yoldaslarim eli ve punhani tebrik edirem

  7. Hər birinizi ürəkdən təbrik edirik!!! Xüsusilə Aygülü və Pünhanı. Aygül və Pünhan!!! Sizin qələbəniz bizi ürəkdən sevindirdi! Allah həmişə Sizi sevindirsin. Sizə bundan da böuük uğurlar arzulayırıq!!!

  8. hər birinizi ürəkdən təbrik edirik!! Xüsusilə Aygülü və Pünhanı! Sizin qələbəniz bizi ürəkdən sevindirdi. Allah Sizi həmişə sevindirsin. Sizə bundan da böyük uğurlar arzulayırıq. Günü o gün olsun ki,ali məktəbi də uğurla bitirib bizi bir daha sevindirəsiniz! Sizə həyatda xöşbəxtlik arzulayırıq!!

  9. Pünhan və Aygül sizin qələbəniz bizi cox sevindirdi.Sizin sevinciniz bizim də sevincimizdir.Həmişə sevinənlərdən olasiniz.Allah əziyyətinizi itirməsin.SAg salamat oxuyub qurtarib yaxşi yuksək peşə sahibi olasiniz ürəyiniz istədiyi kimi.Valideyinlərinizi də təbrik edirik gözləri aydin olsun.Cox sağ olsunlar ki sizin kimi övlad yetişdiriblər.Onlarin da əziyyəti sizin üstünüz də böyuk olub . Sizə həyatda uğurlar təhsilinizdə müvəffəqiyyətlər arzulayiriq!Allah sizi qorusun.həyatda hər zaman yaxşiliqlarla qarşilaşasiniz.SEvinc başinizin taci kədər ayağinizin tozu olsun. Bir daha uğurlar uğurlar yenədə uğurlar.

  10. Ay üzlü və gül üzlü AYGÜLÜMUZ!Sənin sevincli gününə biz də sevinirik. İmtahanda yüksək nəticə göstərməyin hamini-yerin altindakilari da üstündəkiləri də şad etdi. Göydəki mələklər də sənin uğuruna sevindi. Belə uğurlar həyatinda həmişə sənə yol yoldaşi olsun. Ay mənim Barbeyə oxşayan Aygül qizim! Gün ogün olsun ki yazdiğin reseptlərin üzərində Aygül Vahid qizi imzasini oxuyaq .Amin! Allah sənə can sağliği versin. Arzularin həyata kecsin! İnsallah!

  11. Tebrik Edirem Her Birinizi Ugurlar Sag Eliniz Menim Basmima
    inwallah

  12. hesenli aygun sene ugurlar aruzu edirem bexdinde ozunkimingozel olsun amin

Comments are closed.