Bəxtiyar Vahabzadənin haqqında müsbət rəy verdiyi həmyerlimiz

9
Mübariz Ömərov
Mübariz Ömərov

Mübariz Ömərovun daha bir istedadı haqqında: 

O, şairlərimizdən təxminən 1000 – ə yaxın şeiri əzbərdən bilir

Öz yaradıcılığında əbədi olaraq insanlığa bəşəri hisslər , ülvi keyfiyyətlər , humanizm və qayğıkeşlik aşılayan Aşıq Ələsgər yazır :

“Can” deməklə candan can əskik olmaz,

Məhəbbət artırar, mehriban eylər.

“Çor” deyənin nəfi nədi dünyada?

Abad könül yıxar, pərişan eylər. – Bu gözəl misraları dinləyən və arif olan hər kəs müəllifin kimliyini bilməsə belə , onun azərbaycanlı olduğunu mütləq müəyyən edər. Çünki söz qədri bilən və arif olan hər bir azərbaycanlı oxucu məna yükü daşıyan hər kəlməni təkcə eşitmir , həm də “ udur “ . Burada “ udur “ ifadəsini şərti olaraq işlətdim : yəni hafizəsinə birdəfəlik həkk edir .

Eşitdiyi gözəl və mənalı  , orijinal və ruhoxşayan şeirləri ilk ifadəli dinləmədən sonra əzbərdən bilmək də elə bir istedaddır .

Mən Mübariz Ömərovun bu günə qədər təxminən 1000-ə yaxın şeirinin “ Əkinçi” qəzetində dərc olunduğunu eşitmişdim. Lakin onun Azərbaycan şairlərindən 1000 – ə yaxın şeiri əzbərdən bildiyini yenicə öyrəndim və təəccüb dolu sevincimi oxucularla bölüşmək qərarına gəldim .

Mübariz Ömərov Əlibəyli kəndində yaşayır . Hazırda Zərdabi muzeyində işləyir . Tez-tez “ Əkinçi”də  maraqlı məqalələrlə çıxış edir . Onu tanıyanlar bilir ki , yığıncaqlarda , məclislərdə  , bəzən hətta toy şənliklərində iştirakçıları həm öz şeirləri ilə , həm də digər şairlərimizin ürəyəyatan şeirləri ilə feyzyab edir . Əzbərdən dediyi şeirlərin müəllifləri bizim də çox sevdiyimiz Bəxtiyar Vahabzadə , Nəriman Həsənzadə , Səməd Vurğun , Məmməd Araz , Sədi Şirazi , Nizami Gəncəvi , Məhəmməd Füzuli , Aşıq Ələsgər , Zərdab şairlərindən İsaməddin Əhmədov , Kərəm Kürqıraqlı , Zabit Davudov,Lələ Məhəmməd və başqaları . Mübariz Ömərov adları qeyd olunan şairlərimizin şeirlərinin ifadəli oxusunu bir dəfə dinləməklə həmin şeirləri əzbərdən bilir. Məncə bu qabiliyyət bəlkə də İlahinin bir möcüzəsidir . Onunla bu istiqamətdə söhbət etmək üçün şairi redaksiyamıza dəvət etdik . Özü ilə bağlı çox maraqlı faktlar  söylədi . Mübariz Ömərov dedi : “ Zərdabdakı 2 saylı orta məktəbi bitirmişəm . Hələ məktəbli ikən “Azərbaycan gəncləri “ qəzetində “ Çörək “ adlı bir şeirim çap olunmuşdu . O vaxt həmin şeirə Bəxtiyar Vahabzadə öz müsbət rəyini bildirmiş və yazmışdır ki , bu oğlanın böyük gələcəyi var . Sonra Gəncə Yüngül Sənaye Texnikumuna daxil oldum .Yadımdadır , imtahanlardan ancaq şeir söyləməklə qiymət alırdım .

Lap əvvəllər rayondakı bir tikinti idarəsində çalışırdım . Bir gün bu tikinti idarəsinin işçiləri ilə şairlərin görüşü keçirilirdi . Həmin görüşə dövrün məşhur yazarlarından Səyavuş Sərxan və Davud Nəsib gəlmişdi . Mən məclisdə Bəxtiyar Vahabzadənin “ Baş “ şeirini əzbərdən söylədim Bu , qonaqların çox xoşuna gəldi . 2-3 gündən sonra “İnşaatçı “ qəzetində mənim haqqımda hər iki yazarın birgə imzası ilə məqalə çap olunmuşdu . İndiki kimi yadımdadır qonaqlar o məqalədə məni çox tərifləmişdilər.”

… Həmsöhbətim böyük həvəslə , yüksək enerji ilə danışır, sanki xatirələri bir-bir vərəqləyirdi . Vərəqlədikcə də hər səhifədən əsl şeir nümunələri “boylanırdı.”Dinlədikcə qürur duyurdum. Azərbaycan poeziyasının gözəlliyi qarşısında bir daha baş əydim.

TƏRLAN ABDULLAYEVA, “ƏKİNÇİ”nin müxbiri

9 ŞƏRH

  1. Mübariz müəllim , təbrik edirəm ! Sizin bu istedadınızın üzə çıxması üçün əlbəttə ki , ” Əkiçi”yə borcluyuq . Var olsun qəzetin jurnalistləri .

  2. Salam Tərlan xanım , yenə də seçdiyiniz maraqlı mövzularla biz oxucuları təsirləndirdiniz . Mübariz müəllimi mən çoxdandır ki , tanıyıram. Ancaq onun Azərbaycan şairlərindən 1000-ə yaxın şeiri əzbərdən bilməsi məni çox təəccübləndirdi.Görəsən , Mübariz Ömərovun yaddaşı “kompüterdimi?” . Nə deyə bilərəm , maşallah !

  3. Tərlan xanım , Mübariz Ömərovun bu qabiliyyəti Sizin deyd etdiyiniz kimi İlahi bir möcüzədir. Doğurdan da insana çox təəccüblü gəlir : Azərbaycan şairlərindən 1000-ə yaxın şeiri əzbərdən bilmək olar ? Deməli , olurmuş … Bir də əziz Tərlan xanım , Sizi gec də olsa , 22 iyul milli mətbuat günü münasibətilə ürəkdən təbrik edirəm. Ümid edirdim ki , qədirbilən rəhbərliyimiz Sizin dəyərli zəhmətinizi qiymətləndirəcək …

  4. Çox maraqlı və təəccüblüdür . Bu cür yaddaş mindəbir adama verilir .Belə hafizə sahiblərinə ancaq qibtə etmək olar .

  5. Mən Mübarizi yaxından tanıyıram . Bizim kənddəndir . Onun Azərbaycan şairlərindən 1000-ə yaxın şeir bilməsinə təəccüblənmirəm . Çünki yaddaşına və qabiliyyətinə inanıram.

  6. men Omerov Elcin Mubariz oglu.Men Atamin istedadina,$er yazmaq qabiliyyetine aglim kesenden beledem.Cunki men onun ogluyam

  7. Əllərinizə sağlıq , Tərlan xanım ! Digər yazılarınız kimi bu məqalənizi də gözəl işləmisiniz . Mən Sizin yazı üslubunuzu çox sevirəm . Nə yaxşı ki , bizim “Əkinçi”də Sizin kimi istedadlı jurnalistlər var .

  8. Yazını oxuyan hər bir ziyarətçiyə , zəhmət çəkib fikirlərini qeyd edən bütün izləyicilərə ürəkdən minnətdarlıq edirəm .Bir yazar üçün sizin bu gözəl sözlərinizdən qiymətli heç nə ola bilməz . Var olun , Allah sizdən razı olsun.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

2 × 3 =