Lütvəli Babayev: “Zərdabda xeyli işlər görülüb və bu işlər davam edir”

3
28

Lütvəli BabayevZƏRDABDA 2015-Cİ İLİN BİRİNCİ YARISININ SOSİAL-İQTİSADİ İNKİŞAFININ YEKUNLARI VƏ QARŞIDA DURAN VƏZİFƏLƏR MÜZAKİRƏ OLUNDU

 29 iyul 2015-ci il tarixdə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Respublika Prezidenti  cənab İlham Əliyevin nitqlərinin tələbləri baxımından cari ilin 6 ayında rayonda  görülən işlər və qarşıda duran vəzifələr haqqında” Zərdab Rayon İcra Hakimiyyəti başçısının hesabat yığıncağı keçirilmişdir. Hesabat yığıncağının əvvəlində Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2015-ci il tarixli sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmiş Rayon İcra hakimiyyətinin birinci müavini Rəhman Feyzullayevə medal təqdim edilmişdir. Sonra yığıncaq iştirakçıları hesabatla bağlı hazırlanmış videoçarxa tamaşa etmişlər.

Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev hesabat məruzəsi ilə çıxış etmişdir.

Zərdab-hesabatBildirmişdir ki, respublikamızda gedən sürətli və davamlı inkişaf prosesi cari ilin 6 ayının nəticələrinə görə rayonumuzda da  müşahidə olunmuşdur. Ötən müddət ərzində Zərdabda xeyli işlər görülmüş və bu işlər hazırda da davam etdirilir. Zərdabda bütün sahələrin yüksək sürətlə inkişaf etməsi makroiqtisadi göstəricilərin artım dinamikasına öz müsbət təsirini göstərmişdir

2015-ci ilin birinci yarısında  rayon iqtisadiyyatının əsas sahələrində 49 milyon 998 min 800 manatlıq məhsul istehsal edilmişdir. Natiq vurğulamışdır ki, xüsusilə, son dövrdə rayonun sosial mənzərəsinin gözəlləşdirilməsi istiqamətində xeyli işlər görülmüş, şəhər və kəndlərimizdə tikinti-quruculuq işlərinin həcmi genişləndirilmiş, insanların sosial problemlərinin həlli yolunda mühüm addımlar atılmışdır.

Rəhman FeyzullayevRayonun Qoruqbağı, Sarıqaya, Gödəkqobu, Məmmədqasımlı, Çallı, Şahhüseynli, Burunlu, Körpükənd kəndlərinə qaz xətti çəkilişi davam etdirilmiş, Alıcanlı, Şəftəhal kəndlərinə qaz xəttinin çəkilişinə başlanılmışdır. Bu günlərdə isə Pərvanlı, Əlibəyli, Allahqulubağı kəndlərində qaz xətti istifadəyə verilmişdir. Zərdablıların xeyli hissəsi artıq ekoloji cəhətdən təmiz içməli sudan istifadə edirlər. Rayon ərazisində elektrik təsərrüfatının yenidən qurulması istiqamətində işlərə başlanılmış və artıq 7 km məsafədə elektrik hava xətti yenidən qurulub istifadəyə verilmişdir.

Lütvəli BabayevRayon ərazisində tikinti-quruculuq və abadlıq işləri davam etdirilmişdir. Milli Təhlükəsizlik Nazirliyi Zərdab Rayon şöbəsinin və Vergilər  Nazirliyinin Zərdab rayonu üzrə vergi ödəyicilərinə xidmət mərkəzinin inzibati binaları istifadəyə verilmiş, Dövlət Proqramına uyğun olaraq Rayon Mərkəzi Xəstəxanasında əsaslı təmir işləri davam etdirilir, Şahhüseynli kəndində yeni tikilmiş həkim məntəqəsi açılış üçün hazırdır, Kənd Təsərrüfatı Nazirliyinin rayon şöbəsi üçün yeni inzibati binanın tikintisində son tamamlama işləri aparılır. Rayon Məhkəməsi və Elektrik Şəbəkəsi üçün yeni bina tikintisinə hazırlıq işlərinə başlanılmışdır. Heydər Əliyev Fondunun təşəbbüsü ilə rayon ərazisində 2 ədəd körpələr evi-uşaq bağçasının tikintisi davam etdirilir. Onlardan biri yaxın vaxtlarda istifadəyə veriləcəkdir.

Zərdab-hesabat4Əsasən aqrar rayon olan Zərdabda 2015 ilin məhsulu üçün 16 min 730 ha sahədə payızlıq taxıl əkilmişdir.  Lazımi aqrotexniki tədbirlərin vaxtında həyata keçirilməsi nəticəsində bol taxıl məhsulu yetişmişdir.  Taxıl biçini başa çatdırılmış  6365 hektar  sahədən 17 min 42 ton arpa ,10 min 365 hektar sahədən isə 32 min 808 ton buğda, ümumilikdə rayon üzrə 16 min 730 hektar sahədən  49 min 850 ton taxıl istehsal olunmuş ,hər hektardan məhsuldarlıq 29.8  sentner təşkil etmişdir. Ötən ilin müvafiq dövrünə nisbətən   məhsul istehsalı 118 ton, məhsuldarlıq 2,2 sentner artmışdır.

Zərdab-hesabat12015-ci ilin birinci yarım ili ərzində təhsil, səhiyyə, mədəniyyət, idman və gənclər sahələrinin inkişafı istiqamətində rayonda müəyyən işlər görülmüşdür.

Zərdab-hesabat3Qeyd edilmişdir ki, rayonda bütün işlər uğurla icra olunur. Və bunlar deməyə əsas verir ki, zərdablılar 2015-ci ildə də əvvəlki illərin ənənəsini qoruyub saxlayacaq, hər bir sahədə yeni uğurlara imza atılacaqdır. Bunun üçün hər bir sahədə nizam-intizam yüksəldilməli, məsuliyyət artırılmalı, hər kəs üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməlidir.

Zərdab-hesabat2Hesabat yığıncağında digər sahələrdə görülən işlər də ətraflı təhlil olunmuşdur. Yığıncaqda qarşıda duran vəzifələr müəyyənləşdirilmiş, müvafiq qərar qəbul olunmuşdur.

Sonda yığıncaq iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edilmişdir.

Zərdab Rayon İcra Hakimiyyəti

3 ŞƏRH

  1. Hörmətli Rəhman müəllim. Sizi yüksək ada lyiq görülməyiniz münasibətilə təbrik edirəm.Sizin uzun illər dövlətə,dövlətçiliyə sədaqətlə xidmət etməyinizə verilən bu yüksək qiymət davamlı olsun.Sizə fəaliyyətiniz dövründə nail ola biləcəyiniz uğurlar arzu edirəm.

  2. Hörmətli Rəhman müəllim, “Dövlət qulluqunda fərqlənməyə görə” medalı ilə təltif olunduqunuz üçün sizi təbrik edir,rayonumuzun sosial iqtisadi inkişafi naminə gələcək işlərinizdə daha böyük uğurlar arzulayıram.Arzu edirəm ki, bundanda böyük fexri adlara laiq görüləsiniz.AMİN İNŞAALLAH.

  3. Rəhman müəllimi bir daha təbrik edirəm. Qaldı ki, ilin ilk yarısında görülən işlərə, bu barədə bir neçə kəlmə yazmaq istəyirəm. Hər dəfə rayonda görülən işləri ciddi-cəhdlə şişirtməyə çalışanların nəzərinə bir neçə məqamı çatdırmaq istəyirəm. Biz Zərdabı özünə uyğun qonşu rayonlarla müqayisə edəndə ilk baxışdan görünənləri diqqətinizə çatdırım. Adətən inkişaf dedikdə bizimkilər yaradılan istehsal müəssisələrinə, iş yerlərinə deyil, ümumi rayonun görünüşünə diqqət yetirirlər. Eybi yox elə siz deyən səmtdən baxsaq qonşu Ucar, Göyçay, Ağcəbədi və Ağdaşdakı divar üzlüklərinə diqqətlə baxın. Ucarda əvvəlki başçı hətta evlərin üstünü də dövlət hesabına dəyişib və şəhərə əlavə gözəllik verir. Həm də binanın görünən hissəsi yox, bütün hissəsini. Hər kəsin küçə qapıları dəyişdirilib. Parklar barədə danışmağa isə ümumiyyətlə ehtiyac yoxdur. Ağcabədinin kiçik Heydər parkında uşaqların əyləncəsi üçün hər şərait, müxtəlif yelləncək və atraksionlar var. Bizim Heydər parkı isə ərazisinə görə rayonlar arasında xüsusi seçilən bir parkdır (daha doğrusu bu əvvəllər belə idi. Parkın daxilində kütləvi şəkildə binaların tikilməsi vəziyyəti dəyişib. Ayaq basmağa yer yoxdur. Hətta eşitdiyimə görə bu yaxınlarda daha bir idarə binası tikilməlidir). Di gəl ki, uşaqlar üçün demək olar ki, heç nə nəzərdə tutulmayıb. Rayon miqyaslı tədbirdə o 1 ədəd “moddan düşmüş” karuselin başında elə növbə olur ki, sanki ilk dəfədir görürlər. Halbuki həmin karuseli artıq şəhərlərdə söküblər. Çünki bəyənib minən yoxdur. Göyçayın parkları isə tam başqa aləmdir.O barədə danışmağa ehtiyac yoxdur.

Comments are closed.