Zərdabın 4 kəndində modul tipli sutəmizləyici qurğu tikilir

0
24

sutəmizləyici qurğuZərdab rayonunda əhalinin ekoloji cəhətdən təmiz içməli su ilə təminatı istiqamətində ardıcıl tədbirlər görülür. Rayon icra hakimiyyətindən verilən məlumatda bildirilir ki, Zərdabda indi modul tipli 17 sutəmizləyici qurğu işləyir və 194 bulaq vasitəsilə əhaliyə təmiz içməli su verilir.

Hazırda isə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən rayonun daha 4 yaşayış məntəqəsində, o cümlədən Aşağı Seyidlər, Qaravəlli, Xanməmmədli və Çallı kəndlərində də modul tipli sutəmizləyici qurğu tikilir, ayrı-ayrı məhəllələrdə bulaq inşa olunur. Artıq kəndlərin hamısında sutəmizləyici qurğuların inşası başa çatdırılır. Yaxın vaxtlarda minlərlə sakin ekoloji cəhətdən təmiz içməli su ilə təmin olunacaq.