Zərdabda kəndlinin 15 baş heyvanı tövlədə yandı

1
32
Zərdab-Məmmədqasımlı
foto: Bolge.info

Zərdab rayonunun Məmmədqasımlı kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 320 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 200 kv.m sahədə, tövləyə bitişik ümumi sahəsi 150 kv.m olan talvarın yanar konstruksiyaları və talvarın altına yığılmış 50 ton ot bağlamasının 20 tonu yanıb. Zerdab.com  saytı xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğın zamanı tövlədə olan 11 baş xırdabuynuzlu, 4 baş iribuynuzlu heyvan tələf olub. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 01:42-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 comment

Comments are closed.