Lütvəli Babayev oğlu barədə yazılanlara münasibət bildirdi

0
27

Lütvəli BabayevBir sıra Kütləvi İnformasiya Vasitəsində Zərdabın icra başçısı Lütvəli Babayevin oğlunun Mingəçevirdə dövlət yol polis əməkdaşları tərəfindən saxlanıldığı haqda xəbərlər yayılıb. Həmin məlumatlara görə, icra başçısı 15 sutka inzibati cəza verilən övladını azad etmək üçün külli-miqdarda pul ödəyib.

Lütvəli Babayev məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verib. İcra başçısı bütün bu xəbərləri cəfəngiyat adlandırıb: “Yayılan məlumatların heç bir əsası yoxdur. Bu xəbərlər heç bir həqiqətə söykənməyib. Sadəcə ənənəvi xəbərlərin davamıdır…”

Xəbərdə Lütvəli Babayevin qardaşı oğlu Yadigar Babayevin də bir müddət əvvəl eyni səbəblə saxlanıldığı qeyd olunub. Bu iddialara isə icra başçısı belə cavab verib:

“Qardaşım oğlu hərbi xidmətdən qayıdandan sonra Rusiyada yaşayır və işləyir. O, uzun müddətdir qohumların yanına köçüb. Azərbaycanda maşın idarə etməyib”.