Zərdabda elektrik təsərrüfatında yenidənqurmaya başlanılıb

0
30

ZerdabRegionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramına müvafiq olaraq Zərdab rayonunda elektrik təsərrüfatı yenilənir.

AZƏRTAC rayon icra hakimiyyətinə istinadən xəbər verir ki, artıq 35 kilovoltluq Zərdab-Əlvənd hava xəttinin 7 kilometr hissəsi yenidən qurularaq istifadəyə verilib. Həmin xəttə xidmət edən transformator təqribən 4 dəfə daha güclü transformatorla əvəz ediləcək.

Habelə şəhər ərazisində 4 ədəd, Dəli Quşçu, Körpükənd və Callı kəndlərinin hər birində 1 ədəd transformator yeni tipli transformatorlarla əvəzlənib. Hazırda 0,4 kilovoltluq açıq hava xəttinin SİP kabel xətti ilə əvəz olunması işləri aparılır.