Zərdabda biçənəyi yandırdı – cinayət işi açdılar

0
21

biçenekEkologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bəzi biçənək sahələrində yanğın törədən və ətraf mühitə ziyan vuran təqsirkarların şəxsiyyəti müəyyənləşdirilib.

Zerdab.com Nazirliyə istinadən xəbər verir ki, Zərdab rayonu Əlvənd kənd sakini Vəkalət Zülfüqarov tərəfindən ona məxsus pay torpağında biçənəyin yandırılması nəticəsində ərazidəki müxtəlif cinsli 70 ədəd ağacın və 679 ədəd kolun, Zərdab rayonu Körpükənd sakini Sonqulu Qurbanova məxsus pay torpağında biçilmiş sahənin yandırılması nəticəsində isə 39 ədəd kolun yanaraq məhv edildiyi aşkar edilib. Təbiətə 679 manat ziyan dəydiyi hesablanaraq, V. Zülfüqarov barəsində qanunvericiliyə uyğun qaydada tədbir görülməsi üçün Zərdab Rayon Prokurorluğuna müraciət edilib və bununla bağlı cinayət işinə başlanılıb.