Gəlmə kəndinin balaca sakinləri üçün “ev”

0

Gəlmə kəndiRegionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramına müvafiq olaraq Zərdab rayonunun Gəlmə kəndində 60 yerlik uşaq bağçası-körpələr evi inşa olunacaq.

Rayon icra hakimiyyətinin tikinti və memarlıq şöbəsindən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, kəndin balaca sakinlərinə gözəl hədiyyə olacaq uşaq bağçası-körpələr evinin tikintisi üçün hazırlıq işləri artıq başa çatdırılıb. Belə ki, münasib torpaq sahəsi ayrılıb, layihə smeta sənədləri hazırlanıb, inşaatçılarla müqavilə bağlanıb.

Yaxın vaxtlarda inşasına başlanacaq binada uşaqların təlim-tərbiyəsi üçün bütün lazimi şərait yaradılacaq.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

18 − 10 =