Zərdabda zəlzələ olub, bəzi evlərin divarları çatlayıb

4

Zəlzələ2Azərbaycan ərazisində zəlzələ olub. AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələ bu gün saat 09.49-da Şəki arazisində qeydə alınıb. Zəlzələ episentrdə 7 bala qədər, respublikanın ətraf rayonlarda 6-5-4 və 3 bala qədər hiss olunub. Zəlzələ 13 km dərinlikdə baş verib.

Zəlzələ Zərdab, Ucar, Göyçay, Ağdaş, Şamaxı, Zaqatala, Balakən, Şəki, Qəbələ, İsmayıllı, Tovuz, Salyan, Sabirabad rayonlarında, Şirvan və Mingəçevir şəhərlərində qeydə alınıb.Zəlzələdən sonra Zərdab rayonunda da bəzi evlərdə çatlar əmələ gəlib.

Həmin saatlarda Gürcüstan, Türkiyə ərazisində də zəlzələ baş verib.

AMEA Respublika Seysmoloji Xidmət Mərkəzi əhaliyə müraciət edib. Mərkəzdən APA-ya verilən məlumatda vətəndaşlara yeraltı təkanlarla bağlı yayılan qeyri-dəqiq informasiyalara inanmamaq tövsiyə olunur: “Zəlzələ təbiət hadisəsi, yerin təkində gedən prosesdir. Seysmoloji Xidmət Mərkəzi olaraq bizim borcumuz baş verən hadisələrlə bağlı cəmiyyəti düzgün informasiya ilə məlumatlandırmaqdır. İnsanlar rəsmi məlumatdan başqa yayılan şayiələrə, qeyri-dəqiq informasiyalara inanmasınlar. Yayılan qeyri-dəqiq məlumatlar insanlara mənfi təsir göstərir”.

Mərkəzdən əlavə ediblər ki, baş vermiş zəlzələ güclü olduğu üçün gün ərzində xırda təkanlar hiss oluna bilər.

Sizə təqdim olunan bu fotoları isə Zərdab rayonunun İsaqbağı kənd sakini Samir Rəhimov zəlzələdən sonra sosial şəbəkədə paylaşıb. S. Rəhimovun dediyinə görə, zəlzələdən sonra evlərinin divarlarında çatlar əmələ gəlib.

Sevinc Vaqifqızı

ZəlzələZəlzələ2

4 ŞƏRH

Comments are closed.