Zərdablı əsgərlə bağlı Müdafiə Nazirliyindən açıqlama

13
44

Azərbaycan Ordusu daha bir itki verib. Zərdab rayon Şahhüseyinli kənd sakini 1996-cı il təvəllüdlü Samir Dadaş oğlu Orucov ötən gecə hərbi xidmətini yerinə yetirərkən həyatını itirib.

Samir Orucovun hərbi xidməti başa vurmasına 27 gün qalmışdı.

Müdafiə Nazirliyi əsgər ölümü ilə bağlı rəsmi məlumat yayıb.

Zerdab.com Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, bəzi elektron kütləvi informasiya vasitələrində atəşkəs rejiminin pozulması nəticəsində Silahlı Qüvvələrin hərbi qulluqçusu əsgər Orucov Samir Dadaş oğlunun şəhid olması barədə məlumat yayılıb. Müdafiə Nazirliyi bildiri ki, Zərdab rayonundan hərbi xidmətə çağırılmış əsgər S. Orucov sentyabrın 3-də silahla davranış qaydalarının pozulması nəticəsində yaralanıb. Yaralı əsgərə ilkin tibbi yardım göstərilməsinə baxmayaraq o, hərbi tibb müəssisəsinə aparılarkən yolda keçinib. Hadisə ilə bağlı cinayət işi başlanıb, faktla əlaqədar araşdırma aparılır.

13 ŞƏRH

  1. guya hansi esgerin olumunun deqiq sebebi bilinibki.Bir sehid adini bele cox gorurler

  2. allah rehmet elesin,ruhu şad olsun,o bizlerin qelbinde yaşayır,hemişe de yaşayacaq,Allah ailesine sebr,dözüm,temkin versüin!!!

  3. duzdu gu ozua silhdan davranisi itirbi
    27 gun qalimis helmeyine neceyeni bu esger helede silah dan davarana bilimirmis yaxsi gorey senalah hamsi behanedi

  4. allah rehmet eylesinde ama sehid oldu hec televizor bele gostermedi sebebini bilenlerse var ama bir insan duz demir allah ailesine sebr versin yeri cennetlik olsun bele ogullari unutmayaq

  5. Bütün internet səhifələrində yalnış məlumat verilib. Ölümünün dəqiq səbəbi başqa bir şeydi. Və həmin səbəbin nə olduqunu heçkim demir. Amma bu belə qalmayacaq…..

  6. Əzizimiz SAMIR! Ruhun şad, məkanın behişt olsun. AMIN! MUROVDAĞ kimi mürəkkəb və çətin şəraitli vətən torpsğında 1 il yarım düşmənlə üzbəüz ləyaqətlə vətənə xidmət etdin.Ordudan təxris olunmağa 1aydan da qısa müddət qalmış vətən uğrunda ŞƏHID oldun mənim 19 yaşlı şəhid qardaşım. Bu müqəddəs zirvəyə ucalmağınla, nəinki ailənin, ZƏRDABIMIZIN, eləcə də doğma Şahhüseynli kəndinin, onun sakinlərinin-bizlərin də başını daha da uca etdin. Şahhüseynli kəndi heç vaxt belə qonaqlı-qaralı olmamışdı. Rayonun 1-ci şəxsi başda olmaqla bütün rəsmi və qeyri-rəsmi nümayəndələr, hərbi hissənin nümayəndələri ruhuna hörmət və ehtiramlarını bildirmək üçün dəfnində iştirak etdilər, sənin şücaətindən, ləyaqətli əsgər olmağından danışdılar. Ruhun qarşısında baş əyirəm mənim mərhum sevimli EYNULLA müəllimimin nəvəsi. Ata-anana TANRIdan səbr arzulayıram. Sən vətənin şəhid balasısan. Sən bizim hər birimizin əziz şəhid qardaşımızsan. Arzum budur ki, layiq olduğun şəhid adına tezliklə qovuşasan. Bu həm bütün Şahhüseynlilərin ürəyini şad edər, həm də dərdli ata-anaya ən böyük təsəlli, yaralarlna məlhəm olar. Allah bütün şəhidlərimizə rəhmət etsin! VƏTƏN SAĞ OLSUN!

  7. ALLAH REHMET ELESIN! VALIDEYNLERINE, EZIZLERINE SEBR VERSIN! HEC BILMIREM NE DEYIM? QARABAG MUHARIBESINDEN CAVAN IDIN, BIRINCI O QURTARMALIYDI, AMMA SENIN HEYATINI QURTARDI. NE QERIBEDIR? KIM BILIR NECE CAVAN CAN ALACAQ BU MUHARIBE HELE.
    UMIDVARAM KI, BU GENC LAYIQ OLDUGU, QANI BAHASINA QAZANDIGI SHEHIDLIK ADINI RESMI OLARAQ TEZLIKLE ALAR.EN AZINDAN BU YAXINLARI UCUN, BIZIM UCUN TESELLI OLAR! ALLAH REHMET ELESIN!

  8. “Müdafiə Nazirliyi bildiri ki, Zərdab rayonundan hərbi xidmətə çağırılmış əsgər S. Orucov sentyabrın 3-də silahla davranış qaydalarının pozulması nəticəsində yaralanıb. Yaralı əsgərə ilkin tibbi yardım göstərilməsinə baxmayaraq o, hərbi tibb müəssisəsinə aparılarkən yolda keçinib. Hadisə ilə bağlı cinayət işi başlanıb, faktla əlaqədar araşdırma aparılır.”
    Bilirsiniz bu nə deməkdir?Yəni bu əsgər haqqında cinayət işi başlanılıb və bu əsgər şəhid deyil.
    Amma hər kəs bilir ki,tərxis olunmasına 27 gün qalmış əsgər silahla davranma qaydalarını mükəmməl bilməlidir.Silahla davrana bilməməklə ölümcül yaralanma ehtimalı olduqca azdır,ölməsi isə heç inandırıcı deyil.
    Deməli verilən məlumat, yumşaq desək,həqiqəti əks elətdirmir.

  9. bu sayitda yazilannari yazannar guya ozderi bilmirler ki bu sefdi o melumati yayaninda ele bu isderin arxasinda diyananarinda ALLAH olarin cezasini verecek ele bilirsiz ki bu sohbetler bele qalacaq ay sizin caniviz ucun ele ALLAH mehser gununde her kesin eybini sehfini deyecek bax onda deyirem e gorum kiminse pulu vezifesi kecek orda gorum onda burdaki kimi dilleri uzun olacak olara bidene zulm olunacak ki ne goz gorub ne de qulaq esidib olar ozderine zulumeyleyecek vaxt gelecek muselman qalxacaq gorum onda biriviz diyana bileceksiz vaxt gelecek turk birreseck gorum onda sesifizi cixarda bileceksiz guya bu dediklerimi bilmirsiz olacaq hamisini ALLAH quranda deyir turk seve seve can verer amma hansisa ite hansisa serefsize umumiyetce hec kese bir qaris torpaq vermez amin INSALLAH dayim oglu samir ALLAH senin ruhuvu sad elesin yerin cennet qonsun hz Muhammed salallahu va eleyvasallem qonsusu olsun amin

  10. Mən həmin əsgərin bacısıyam,orada yazılıb ki iki qardaş bir bacı,biz ailədə iki bacı iki qardaşıq,heç olmasa düzgün yazın.Başlıqda şəhid oldu,yazılıb sonda isə silahla diqqətsizlik.Bu necə bir axmaqlıdı gəlməyinə 27- gün qalmış bir əsgərdən danışırıq.Şəhidlik adını sona qədər haqq edən bir əsgərdən,əsgərlik edən zaman şəhid olub mənim qardaşım,dövlət qulluğunu yerinə yetirərkən ama şəhidlik adını çox gördülər.Mən qardaşıma ilkin tibbi yardım edildiyinə də inamıram.Şəhidlik adını almaq üçündə,çalışacayıq heç vaxt geri çəkilmihəcəyik.sonuna qədər gedəcəm bu işin.

Comments are closed.