ARDNŞ prezidenti Zərdabda: Məmmədqasımlıya qaz verildi

0

Məmmədqasımlı-Rövnəq AbdullayevZərdab rayonunun ən iri yaşayış məntəqələrindən olan Məmmədqasımlı kəndinə təbii qaz verilib. Rayon mərkəzindən 14 kilometr məsafədə yerləşən kəndin 2165 nəfər əhalisi var. Məmmədqasımlı rayonda cari ilin ötən müddətində “mavi yanacaq” verilən beşinci kənddir. Ümumiyyətlə isə qazlaşdırılan 19-cu yaşayış məntəqəsidir. 407 abonenti olan bu kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında müxtəlif diametrli 1205 metr polietilen, 34899 metr metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, bütün evlərdə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Təbii qazın verilməsi sentyabrın 5-də təntənəli mərasimlə qeyd olunub. Mərasimdə rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, habelə, Dövlət Neft Şirkətinin, “Azəriqaz” İstehsalat Birliyinin rəhbərləri iştirak ediblər.

Təntənəli mərasimdə çıxış edən Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, o cümlədən Zərdabda sosial-iqtisadi sahələrdə qazanılan uğurlardan, həyata keçirilən sosial layihələrdən danışıb. Cari ildə Zərdabda adambaşına bir tondan çox taxıl istehsal edildiyini vurğulayan icra hakimiyyətinin başçısı yol infrastrukturunun, əhalinin su, elektrik enerjisi və təbii qazla təchizatının günü-gündən yaxşılaşdırıldığını, bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlərin görüldüyünü diqqətə çatdırıb. Habelə bildirib ki, hazırda rayonun daha 9 kəndi – Qoruqbağı, Sarıqaya, Çallı, Məlikli, Burunlu, Alıcanlı, Şəftəhal, Şahhüseynli və Körpükənd kəndləri sürətlə qazlaşdırılır.

Kənd sakinləri Çinarə Mansurova və Şirvan Eyvazov ölkəmizdə insan amilinin dəyərləndirilməsi, əhaliyə göstərilən daimi diqqət və qayğı üçün dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev mərasimdə çıxış edərək sakinləri təbrik edib. R.Abdullayev dünyanı iqtisadi böhran bürüdüyü bir vaxtda Azərbaycandakı inkişafın real mənzərəsini diqqətə çatdıraraq bunu düşünülmüş sosial-iqtisadi siyasətin nəticəsi olduğunu vurğulayıb. Qeyd edib ki, Prezident İlham Əliyevin hakimiyyətə gəldiyi ilk vaxtlardan regionların inkişaf proqramları hazırlanır və uğurla həyata keçirilir. Ölkəmizdə reallaşan sosial layihələrdən bəhs edən R.Abdullayev hər yerdə qazlaşdırmanın xüsusi diqqət mərkəzində saxlanıldığını söyləyib. Bu istiqamətdə görülən işlərə diqqəti cəlb edərək gələn il respublika üzrə qazlaşdırmanın 91 faizə çatdırılacağını bildirib. Məlumat verilib ki, bu ilin sonunadək Zərdabda yaşayış məntəqələrinin 77 faizi təbii qazla təmin olunacaq.

Sonra mərasim iştirakçılarının sürəkli alqışları altında kəndə təbii qazın verildiyini bildirən rəmzi məşəl alovlandırılıb.

Sonda qonaqlar Abdullayevlər ailəsinin mətbəxində “mavi yanacağ”ın yandırılmasında iştirak ediblər.

Məmmədqasımlı-Rövnəq AbdullayevMəmmədqasımlı-Rövnəq AbdullayevMəmmədqasımlı-Rövnəq AbdullayevMəmmədqasımlı-Rövnəq Abdullayev

Şərh yaz

Please enter your comment!
Please enter your name here

nineteen − 1 =