Zərdablı şəhid Samir Orucovun babasıdan MƏKTUB var

1
47
Mirzəyev Ələddin
Mirzəyev Ələddin

Oğul nəvəm – Zərdab rayonunun Şahhüseynli kənd sakini Orucov Samir Dadaş oğlu 4 sentyabr 2015-ci il tarixdə döyüş bölgəsində həlak olmuşdur. Bu itki ailəmiz üçün çox ağırdır.

Ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində nəvəm əsl əsgər kimi yüksək səviyyədə dəfn olundu və ona yas mərasimi təşkil edildi. Buna görə bütün kənd sakinləri və ailələri adından ölkə başçısına dərin minnətdarlığımızı bildiririk.Şahhüseynli kəndi

Əgər Vətən uğrunda, torpaq uğrunda döyüş gedirsə, biz mütləq şəhid verəcəyik. Övladlarım və nəvələrim Vətən uğrunda döyüşməyə və bu yolda şəhid olmağa hazırdırlar. Özümün 87 yaşım olmasına baxmayaraq, bu gün də silahı götürərək cəbhə bölgəsinə vuruşmağa getməyə hazıram.

Lakin bütün Azərbaycan xalqı kimi mən Ələddin Mirzəyev də cənab Ali Baş Komandana inanır və əminliyimi bildirirəm ki, düşmən tapdağında olan torpaqlarımızın sülh yolu ilə azad olunması üçün həyata keçirilən tədbirlər tezliklə öz bəhrəsini verəcəkdir.

Xalqımızın rifah halının yüksəldilməsi və ölkəmizin tərəqqisi naminə yorulmaz fəaliyyətində ölkə Prezidenti cənab İlham Əliyevə uğurlar və can sağlığı arzulayıram.

87 yaşlı, 10 övlad atası, 23 nəvənin babası, Zərdab rayonunun Şəftəhal kənd sakini Mirzəyev Ələddin Namət oğlu

1 comment

  1. Baba Allah rehmet elesın Basqa ne demek olar mekanı cennet olsun Allah ata anasına sebr versın!:-(

Comments are closed.