Zərdabda əmək yarmarkası keçiriləcək

1
26

Zərdabda əmək yarmarkasıZərdabda əmək yarmarkası keçiriləcək. Əmək yarmarkası rayonumuzda sentyabrın 22-də keçiriləcək. Bu barədə Zərdab rayon məşğulluq mərkəzinin direktoru Ədalət Rəhimov məlumat verib.
Qeyd edək ki, Əmək yarmarkasının təşkili ilə bağlı Zərdab rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayev 31 iyul 2015-ci il tarixli, 61 saylı sərəncam imzalayıb. Sərəncama əsasən Zərdab rayon mədəniyyət və turizm şöbəsi binasının foyesində ümumrayon Əmək yarmarkası keçiriləcək. İşləmək və işə düzəlmək arzusunda olan hər bir şəxsə bildirilir ki, Siz Əmək yarmarkasında iştirak etməklə, təqdim olunmuş boş iş yerlərinə əsasən, arzu və istəyinizə, qabiliyyətinizə, peşə və ixtisasınıza uyğun bir iş tapa bilərsiniz.


Zerdab.com

1 comment

Comments are closed.