Zərdabın Yol Polisi Bölməsinin rəisi işdən çıxarıldı

2
34
ZerdabZərdab Rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin rəisi daxili işlər naziri Ramil Usubovun əmri ilə işdən çıxarılıb. Onun vəzifədən azad edilməsi işdə verdiyi nöqsanlarla bağlı olub.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov kadr dəyişikliyi edib. Nazirin imzaladığı əmrlə Zərdab Rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin rəisi Müşfiq Əmirov tutduğu vəzifədən azad edilərək, sərəncama götürülüb. Məlumata görə, onun vəzifədən azada edilməsi işdə verdiyi nöqsanlarla bağlı olub. Qeyd edək ki, son vaxtlar mətbuatda M.Əmirovun qanunsuz əməlləriylə bağlı məlumatlar yayımlanırdı.

Aznews.az

2 ŞƏRH

  1. o indi yox çoxdan getmeli idi,ama esas odur ki gec de olsa getdi!!!

Comments are closed.