Zərdabda Ziya Məmmədovla necə görüşmək olar?

0
Ziya Məmmədov
Ziya Məmmədov

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, vətəndaşların qəbulu və müraciətlərinə baxılması, mövcud nəqliyyat problemlərinin araşdırılması və həll edilməsi məqsədilə nəqliyyat naziri Ziya Məmmədov sentyabrın 18-də Zərdab şəhərində Kürdəmir, Hacıqabul və Zərdab rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.

Nəqliyyat Nazirliyindən Zerdab.com saytına bildirilib ki, qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı sentyabrın 16-da saat 09:00-dan 18:00-dək aparılacaq. Vətəndaşlar qeydiyyat üçün Zərdab “13 saylı Yol İstismarı İdarəsi” (Zərdab rayonu, Əlvənd magistral yolunun 3-cü kilometri), Kürdəmir “14 saylı Yol İstismarı İdarəsi” (Kürdəmir şəhəri, M.P.Vaqif küçəsi,13), Hacıqabul “15 saylı Yol İstismarı İdarəsi” (Hacıqabul rayonu, Babək küçəsi, 28) ünvanlarına müraciət edə bilərlər.

Zerdab.com

 

Şərh yaz

Please enter your comment!
Please enter your name here

19 + seventeen =