YAP Zərdab rayon təşkilatında ilk dəfə səs verəcək gənclərlə görüş

0

YAP-Zerdab   Yeni Azərbaycan Partiyası (YAP) Zərdab rayon təşkilatında bu il ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib.

Zerdab.com saytına verilən məlumata görə, görüşü açan YAP Zərdab rayon təşkilatının, eyni zamanda seçki qərargahının sədri Pərvin Mahmudova qarşıdakı parlament seçkilərinin demokratik şəraitdə, şəffaf və ədalətli keçirilməsi üçün bütün imkanların səfərbər edildiyini və əlverişli şəraitin bərqərar olunduğunu qeyd edərək, seçkiyə hazırlıq işlərinin yüksək səviyyədə həyata keçirildiyini bildirdi. P. Mahmudova dedi ki, 92 saylı Zərdab-Ucar Seçki Dairəsi üzrə 40 min 381 seçici qeydə alınmışdır ki, onlardan 34 min 181 nəfəri Zərdab rayonu ərazisində yerləşən 42 məntəqə seçki komissiyasında qeydiyyatdadır: “Bu il 92 saylı Zərdab-Ucar Seçki Dairəsi üzrə 546 nəfər gənc Konstitutsiyamızın onlara verdiyi ən başlıca hüquqdan, seçki hüququndan istifadə edərək ilk dəfə səs verəcəklər.

Tədbirdə Seçki Məcəlləsində nəzərdə tutulmuş bir sıra mühüm maddələr barədə gənclərə geniş məlumat verilib, onlara seçki ilə bağlı hüquq və vəzifələri izah olunub.

P. Mahmudova öz çıxışında əmin olduğunu bildirib ki, ilk dəfə səs verən gənclərimiz də seçkilərdə fəal və mütəşəkkil qaydada iştirak edəcək, ölkədə gedən prosesləri düzgün dəyərləndirərək layiqli namizədə – Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklər.

Daha sonra YAP Zərdab rayon təşkilatı Gənclər Birliyinin sədri Ələkbər Kərimov çıxış edib.

Ələkbər Kərimov çıxışının sonunda YAP Gənclər birliyi adından bu il 18 yaşı tamam olan, seçkilərə ilk dəfə qatılacaq gəncləri təbrik edib və əmin olduğunu bildirib ki, gənclərimiz onlara verilən seçki hüququnu layiqincə qiymətləndirərək bu ilki seçkilərdə yüksək səviyyədə iştirak edəcək və bu istiqamətdə üzərilərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəklər.

Sonra ilk dəfə səs verən gənclər adından Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin işçisi Eldarzadə Leyla və bu il üç övladı ali məktəbə qəbul olunmuş rayonun Kəndəbil kəndindən olan Məmmədovlar ailəsinin gənc üzvü, Bakı Dövlət Universitetinin Kimya fakültəsinin tələbəsi Məmmədzadə Nəzakət çıxış ediblər.

Tədbirdə YAP Zərdab rayon təşkilatının Şura üzvləri Gülağa İsgəndərov, Vüsalə Kərimova, Sara Sultanova, YAP Zərdab rayon təşkilatı Qadınlar şurasının sədri Xəyalə Veyisova, Rayon Ağsaqqallar Şurasının sədri Mirağa Bağırov çıxış edərək gənclərə öz tövsiyyələrini və məsləhətlərini verdilər.

Sonda partiyaya yeni qəbul olunmuş gənclərə üzvlük vəsiqələri, ilk dəfə səs verən gənclərə xatirə hədiyyələri təqdim olundu.

Tədbirin sonunda rayonun Kəndəbil kəndindən üç övladı Ali məktəbə qəbul olunmuş Məmmədovlar ailəsinin üzvləri ilə söhbət aparılmış, gənclərə hədiyyələr təqdim olunmuşdur.

YAP-Zerdab1YAP-Zerdab2YAP-Zerdab3

 

 

 

 

Şərh yaz

Please enter your comment!
Please enter your name here

5 × 2 =