Zərdabda səhiyyə və mədəni-maarif işçiləri ilə görüş keçirildi

0
20

Zərdab rayonuZərdab Rayon İcra Hakimiyyətində rayon rəhbərliyinin səhiyyə və mədəni-maarif müəssisələrinin işçiləri ilə görüşü keçirilmişdir. Görüşdə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev çıxış edərək respublikamızda, o cümlədən Zərdabda görülən işlər barədə iştirakçılara ətraflı məlumat vermişdir. Bildirmişdir ki, cənab Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Zərdab rayonunda böyük tikinti-quruculuq işləri aparılır. İcra başçısı həmçinin 2015-ci il sentyabrın 8-də ölkə Prezidenti yanında iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirədə cənab Prezident İlham Əliyevin çıxışında qarşıya qoyulmuş vəzifələri diqqətə çatdırmışdır.

Daha sonra icra başçısı görüş iştirakçılarına bir sıra tapşırıq və tövsiyələrini vermişdir. Qeyd olunmuşdur ki, əhaliyə göstərilən tibbi xidmət yaxşılaşdırılmalı, əhalinin sağlamlığının qorunması istiqamətində maarifləndirmə işi gücləndirilməlidir. Mədəni-maarif müəssisələri tərəfindən əhalinin asudə vaxtlarının səmərəli təşkili üçün maraqlı tədbirlər hazırlanıb həyata keçirilməli, muzeylərin fəaliyyəti gücləndirilməlidir. Əhalinin, xüsusilə də məktəblilərin qrafik üzrə muzeylərə ekskursiyaları təşkil edilməlidir. Kitabxanaların işi gücləndirilməli, səyyar kitab sərgiləri təşkil edilməlidir. İstedadlı uşaq və gənclərin respublikada keçirilən müxtəlif müsabiqələrdə iştirakı təmin edilməlidir.

Tədbirdə çıxış edən Mərkəzi Kitabxananın şöbə müdiri Gülnaz Məmmədova, Mərkəzi Xəstəxananın şöbə müdiri Südabə İsmayılova, şair Mübariz Səfiyaroğlu və başqaları ölkəmizdə və rayonumuzda görülən bütün işlərə görə ölkə Prezidentinə öz minnətdarlıqlarını bildirmiş, eyni zamanda öz təklif və xahişlərini bildirmişlər.

Görüşün sonunda irəli sürülən təkliflər və qaldırılan məsələlərin həlli ilə bağlı rayon rəhbəri tərəfindən əlaqədar təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.

Zərdab Rayon İcra HakimiyyətiZərdab rayonu