Sentyabrın 22-də Zərdabda əmək yarmarkasına gəlin

0
23

Zərdab-əmək yarmarkasıAzərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti tərəfindən işsiz və işaxtaran vətəndaşlar üçün təşkil olunan Əmək yarmarkaları Zərdab rayonunda da keçiriləcək. Bu barədə Zerdab.com saytına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

İşəgötürənlərin nümayəndələrinin də iştirak edəcəyi yarmarkada rayon üzrə boş (vakant) iş yerləri işsiz və işaxtaran vətəndaşlara təklif ediləcək. Tədbirlərdə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün kvota üzrə iş yerlərinin təqdim olunması, peşə hazırlığı və əlavə təhsil kurslarına, ödənişli ictimai işlərə cəlb olunmaq istəyənlərin qeydiyyatının aparılması da nəzərdə tutulur.

Qeyd edək ki, Əmək yarmarkasının təşkili ilə bağlı Zərdab rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayev 31 iyul 2015-ci il tarixli, 61 saylı sərəncam imzalayıb. Sərəncama əsasən Zərdab rayon mədəniyyət və turizm şöbəsi binasının foyesində ümumrayon Əmək yarmarkası keçiriləcək. İşləmək və işə düzəlmək arzusunda olan hər bir şəxsə bildirilir ki, Siz Əmək yarmarkasında iştirak etməklə, təqdim olunmuş boş iş yerlərinə əsasən, arzu və istəyinizə, qabiliyyətinizə, peşə və ixtisasınıza uyğun bir iş tapa bilərsiniz.