Zərdabda tibb işçiləri üçün maarifləndirici tədbir təşkil olunub

0
29

Zərdab rayonu

Zərdab Rayon Mərkəzi xəstəxanasında səhiyyə işçilərinin iştirakı ilə Fövqəladə Hallar Nazirliyi Aran Regional Mərkəzinin əməkdaşları tərəfindən “Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi”, “Fövqəladə hallar zamanı özünü necə aparmalı?”,  “112 qaynar xəttinə hansı hallarda müraciət etmək olar” mövzularında maarifləndirici tədbir keçirilib. Zerdab.com saytına verilən məlumata görə, keçirilən tədbirin əsas məqsədi əhalinin baş verə biləcək fövqəladə hallara hazır olması, su hövzələrində təhlükəsizliyin təmin edilməsindən ibarət olub.

Tədbirdə Mərkəzin əməkdaşlarının məruzələri dinlənilib, paylanılmış bukletlər ətrafında müzakirələr aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallara aydınlıq gətirilib.

 Sevinc Vaqifqızı