Zərdabda əhalinin 15,5 min nəfərdən çoxu yeniyetmə və gəncdir

1
30

Zərdab rayonu-gənclərZərdabda əhalinin 15,5 min nəfərdən çoxu yeniyetmə və gənclərdən ibarətdir. Rayonda yeni nəslin bilik və bacarığının hərtərəfli öyrənilməsi və daha da inkişaf etdirilməsi, məşğulluğu, sosial problemlərinin həlli diqqət mərkəzində saxlanılır. Son illər istifadəyə verilən Heydər Əliyev Mərkəzində, eləcə də Gənclər Mərkəzində onların asudə vaxtlarının səmərəli təşkili, bilik və bacarıqlarının təkmilləşdirilməsi üçün lazımi şərait yaradılıb. Müxtəlif dərnəklər, elektron kitabxana, stolüstü idman oyun zalları gənclərin istifadəsinə verilib. Rayonda yeni açılan iş yerlərində çalışanların böyük əksəriyyətini də gənc nəslin nümayəndələri təşkil edir.

Bu məlumatlar “Gənclər arasında azərbaycançılıq ideologiyasının təbliğinin əsas istiqamətləri” mövzusunda təşkil olunan konfransda səsləndirilib. Rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayev ölkəmizdə, o cümlədən Zərdabda gənclərin azərbaycançılıq və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi istiqamətində görülən işlərdən, həyata keçirilən tədbirlərdən danışıb. Bildirib ki, yetişməkdə olan nəslin hərbi-vətənpərvərlik tərbiyəsi də diqqət mərkəzində saxlanılır. Zərdablı məktəblilərin hərbi idman oyunlarında qazandıqları uğurlar bu diqqət və qayğının nəticəsidir.

Konfransda çıxış edənlər əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan, milli-mənəvi dəyərlərə söykənən azərbaycançılıq ideologiyasının fəlsəfəsi və mahiyyəti barədə ətraflı danışıblar. Vurğulanıb ki, gənclər arasında milli ideologiyanın formalaşdırılması, vətəndaş cəmiyyətinin inkişafı və demokratik prinsiplərin bərqərar edilməsi dövlətçiliyimizin möhkəmləndirilməsinə, inkişafına xidmət edir.

Çıxışlarda gəncləri radikal dini cərəyanların təsirindən qorumaq sahəsində qarşıda duran vəzifələrdən də geniş bəhs olunub.

Çıxış edən gənclər onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Konfransda gəncləri maraqlandıran suallar ətraflı cavablandırılıb.

Sevinc VaqifqızıZərdab rayonu-gənclər6Zərdab rayonu-gənclər1Zərdab rayonu-gənclər2Zərdab rayonu-gənclər3Zərdab rayonu-gənclər4Zərdab rayonu-gənclər5Zərdab rayonu-gənclər10Zərdab rayonu-gənclər9Zərdab rayonu-gənclər7Zərdab rayonu-gənclər6

1 comment

Comments are closed.