Bərdədən gəlib Zərdabda oğurluq etdilər

0
28

qoyunZerdab.com El TV-yə (Region TV) istinadən xəbər verir ki, Zərdabın Şəftəhal kənd sakini Nisə Məmmədova polis şöbəsinə müraciət edərək həyətyanı sahəsindən 3 baş qoyunun oğurlandığını bildirib.

Müraciətdən sonra keçirilən əməliyyat zamanı Bərdə rayon sakinləri – 32 yaşlı Elman İsmayıl oğlu İsmayılov, onun qardaşı, 33 yaşlı Tariyel İsmayılov və 25 yaşlı Ramin Zeynalov şübhəli şəxs qismində saxlanılıblar. Yaxalanan şəxslər tutduqları əməldən peşmanlıqlarını ifadə ediblər.

Zərdab Rayon Polis Şöbəsində aparılan araşdırmalar nəticəsində məlum olub ki, dəstə üzvləri Zərdabla yanaşı, Ucar rayonunda bu kimi cinayət əməllərini həyata keçiriblər. Hazırda onların digər rayonlarda oğurluq edib etməməsi araşdırılır.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Hazırda isə hər üç şəxs barəsində Zərdab Rayon Məhkəməsinin qərarı ilə 2 ay müddətinə həbs – qəti imkan tədbiri seçilib.

Sevinc Vaqifqızı